Son Xəbər: Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”, Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”, Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik, Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib,

"Korrupsioner hakimiyyət xalqa xəyanət etdi" - Erməni idmançı

"Korrupsioner hakimiyyət xalqa xəyanət etdi" - Erməni idmançı

Tarix: 11-11-2020, 09:57

Ermənistanlı MMA döyüşçüsü Eduard Vartanyan Rusiyanın vasitəçiliyi ilə ölkəsi və Azərbaycan arasında bağlanmış sülh müqaviləsinə münasibət bildirib.

"Report"un məlumatına görə, şəxsi instaqram səhifəsində paylaşım edən 29 yaşlı idmançı Ermənistan rəhbərliyini sərt tənqid edib.

Vartanyan yerli hakimiyyətin xalqa xəyanət etdiyini yazıb: "İnsan həyatının dəyərsiz olduğunu başa düşmək dəhşətlidir. Satılmış hakimiyyət hər şeyə hərbi əməliyyatlar başlamamışdan öncə qərar verib. Dövlətin başında duran korrupsioner siyasətçilər erməni xalqına xəyanət etdilər. Siyasət çirkli və prinsipsiz işdir. Qurban verilməsinin qarşısını daha əvvəl almaq olardı. Çünki indi qəbul olunanların hamısı Madrid prinsiplərindən çıxarışlardır. Hakimiyyətin ən yüksək eşelonundakı bu xainlər xalqını məhv olmağa göndərdil. Mən hər şeyi bilirəm".

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında noyabrın 10-da II Qarabağ müharibəsinin başa çatdırılması ilə bağlı müqavilə imzalanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR