Son Xəbər: İlham Əliyev İraqa səfər edəcək, İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar, Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH, Prezident ipoteka haqqında qanunu təsdiqlədi, Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI, Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi, İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir, Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI, İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır, Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək",

DİN-dən Mehman Hüseynovla bağlı - Açıqlama

DİN-dən Mehman Hüseynovla bağlı - Açıqlama

Tarix: 15-03-2021, 09:35


Daxili İşlər Nazirliyi dünən bloger Mehman Hüseynovun saxlanılması səbəbini açıqlayıb.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, M.Hüseynov icazəsiz olaraq dron əldə etdiyi üçün saxlanılıb:

“Mehman Hüseynovun istifadəsinə xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub. Məlumatın yoxlanılması məqsədilə o, dünən saxlanılıb. Və ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. Müvafiq ekspertiza təyin edilməklə hazırda araşdırma aparılır.

Mehman Hüseynovun həmin aparatla hardasa çəkiliş aparması barədə isə hazırda hər hansı bir məlumat yoxdur”.

Qeyd edək ki, daha sonra M. Hüseynov sərbəst buraxılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR