Son Xəbər: Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, Ceyhun Bayramov İtaliyanın yeni səfiri ilə görüşdü, Mehriban Əliyeva Hidayəti belə təbrik etdi, Nazir: Bakı minifutbol üzrə dünya çempionatına uğurla ev sahibliyi edəcək, Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL, Rəisinin ölümü hansı qüvvələrin razılaşması olub? - ŞOK İDDİA, Vitse-prezident Selcuk Bayraktara təşəkkür etdi, Nəşi 30 il sonra tapılan şəhidimiz dəfn olundu, Putin Rəisinin dəfninə görə İrana gedəcək - İDDİA, İlham Əliyev İran səfirliyində olub, helikopter qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib,

Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi

Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi

Tarix: 1-05-2024, 13:27

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb.

Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub.

İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib.

Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da görüşdə iştirak edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR