Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki... - NƏ BAŞ VERİR?

Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki... - NƏ BAŞ VERİR?

Tarix: 24-11-2021, 08:43

Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşdırılmasında Moskvadan vasitəçilik etməsini xahiş edib. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan deyib. Onun sözlərinə görə, Rusiya da daxil olmaqla, bir neçə ölkə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçiliyini təklif edib, İrəvan bu məqsədlə Moskvanı seçib: “Rusiyaya bildirmişik ki, heç bir ön şərtlər olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırıq. Əgər nə vaxtsa bu barədə danışıqlar olsa, məlumat verəcəyik”.

Xatırladaq ki, bu ilin avqust ayından etibarən Ermənistanın baş naziri və Türkiyə prezidenti qarşılıqlı müsbət siqnallar aldıqlarına dair bəyanatlar veriblər. Hətta Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirib ki, Paşinyan ona Gürcüstanın baş naziri vasitəsilə görüşmək istədiyini çatdırıb. Lakin Ərdoğan vurğulayıb ki, belə bir görüşün baş tutması üçün İrəvan Zəngəzur dəhlizinin açılması istiqamətində addımlar atmalıdır. Unanyan bəyan edib ki, Ankara və İrəvan arasında birbaşa danışıqlar olmayıb. Ermənistanın Türkiyə ilə münasibətlər qurmasında ABŞ da öz vasitəçiliyini təklif edib. Məlumat üçün bildirək ki, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan da “Le Figaro” nəşrinə müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsi ilə bağlı detalları açıqlayıb. Erməni nazir Türkiyənin şərtlər irəli sürdüyünü deyib: “Türkiyədən dialoqun bərpası üçün müsbət siqnallar almışıq, lakin bu, çətin olaraq qalır. Ankaranın bir neçə şərti var. Türkiyə dəhlizin açılmasını istəyir. Regionda bütün kommunikasiyalar açıq olmalıdır. Ankaranın bizimlə şərtlə danışması dialoqumuzun alınmasına çətinlik törədir”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib ki, İrəvanın Azərbaycanla məsələləri həll etmədən Türkiyə ilə münasibətləri normallaşdırmaq məqsədilə Moskvaya müraciətinin arxasında hiyləgər gediş var. Politoloqun fikrincə, İrəvanın növbəti açıqlamasında da Türkiyə ilə münasibətlərin qeyd-şərtsiz normallaşdırılması tələbi dayanıb:

“Ankara Ermənistandan birinci növbədə Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımağı tələb edib. Bundan başqa Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun bəlli açıqlaması var ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Bakı ilə koordinasiyalı şəkildə çalışacaq. Bu, Türkiyə-Azərbaycan strateji müttəfiqliyinin ruhuna uyğundur. Yəni Ankara Bakı ilə birgə İrəvana mesaj yollayır ki, torpaq iddialarından vaz keç və dəhlizin açılmasını təmin et. Bunun qarşılığında əlaqələr quraq, əməkdaşlığa başlayaq, bölgədə yeni platforma yaradaq. İrəvan isə bunun əksinə “biz Türkiyə ilə münasibətləri normallaşdırmağa hazırıq, Ankara isə yenə şərt qoşur” mesajını Moskvaya ünvanlamaqla məhz Türkiyənin oyun pozucu olduğunu göstərməyə çalışır. Paşinyan ümid edir ki, Moskva da İrəvan kimi Ankaraya məsləhət görəcək ki, ilkin şərt irəli sürmədən Ermənistan hakimiyyəti ilə danışıqlara başlasın. Paşinyan bununla Moskva-Bakı münasibətlərində də çat yaradacağına inanır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR