Son Xəbər: Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür, Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”, Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb, Sumqayıtda mənzildən meyit tapıldı, Şəkinin icra başçısının müavini vəfat etdi, 150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı, Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO, Faşizm üzərində qələbədən 79 il ötür, Fransanın anti-Azərbaycan təşəbbüsləri - Yelisey sarayının uğursuzluqlar seriyası - TƏHLİL, Əli Əsədov: Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir,

Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

Arif Məlikovun əsəri ABŞ-dakı festivalda səsləndi

Tarix: 3-08-2020, 13:09

Bu günlərdə Los-Ancelesdə keçirilən Yay onlayn-festivalının proqramında Azərbaycan violonçel ifaçısı Ruslan Biryukov və pianoçu Frank Fettanın ifasında L.Bethoven, F.Şopen, N.Paqanini, C.Gerşvin, S.Raxmaninov və digər bəstəkarların əsərləri ilə yanaşı Azərbaycanın görkəmli bəstəkarı Arif Məlikovun dünya şöhrətli “Məhəbbət əfsanəsi” baletindən “Noktürn” əsəri səslənib.
Mediabiz.az  xəbər verir ki, bununla bağlı Beynəlxalq Musiqi Akademiyasının  Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Tərlan Seyidov məlumat verib. 
O bildirib ki, ifadan öncə əsər haqqında danışarkən R.Biryukov Azərbaycanda doğulduğunu və doğma ölkəsinin bəstəkarının parlaq əsərini təqdim etdiyini deyib.
“Noktürn”ün musiqisi məşhur musiqiçilər R.Biryukovun və F.Fettanın orijinal interpretasiyasında əcnəbi dinləyicilər tərəfindən maraqla qarşılanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR