Son Xəbər: Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ, İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu çərçivəsində yekun bəyannamə qəbul edilib, Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb, Son 7 ildə Azərbaycanda 923 uşaq övladlığa verilib, Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib, C5-dən C6-ya: Yeni ortaq platforma Mərkəzi Asiya dövlətləri və Azərbaycanın əməkdaşlıq imkanlarını artırır, Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb, Sabah bəzi rayonlara leysan yağacaq, dolu düşəcək, Kreml: İranın nüvə silahlarının yayılmaması müqaviləsindən çıxması mövzusu Putin-Pezeşkian görüşündə qaldırıla bilər, Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündən sonra sənədlər imzalanıb,

Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”

Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”

Tarix: 9-05-2024, 14:38

 

Bakıda tıxacları azaltmaq üçün yeni yol salınacaq. Layihəyə əsasən, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolu inşa olunacaq.

Yeni yolun tikintisində məqsəd ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsidir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar nəcəfli bildirib ki, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb ucqar hissələri arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

Yeni yolda 3 yeraltı piyada keçidi və 4 tunel də inşa olunacaq. 

Maraqlıdır, görəsən, Həsən Əliyev prospektindən Ziya Bünyadov prospektinə çəkiləcək alternativ yol tıxac probleminin müəyyən qədər aradan qaldırılmasına kömək edəcək? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirir ki, tıxacların aradan qaldırılmasında əsas rolu yeni yolların çəkilməsi deyil, ictimai nəqliyyatın inkişafı oynayır: 

“Çəkiləcək bu yol Həsən Əliyev küçəsilə Əhməd Rəcəbli küçəsinin kəsişməsindən başlayaraq Kəşlə bazarı istiqamətinə, oradan da dəmir yolu vağzalından, daha sonra metronun Bakmilli stansiyasının yanından keçməklə, Ulduz metrosunun yanındakı kiçik dairədə Xəlil Rza Ulutürk küçəsinə birləşəcək. Belə bir yolun inşaası müəyyən hissələrdə yaşanan yüklənməni bir qədər azaldacaq. 

Ziya Bünyadov prospektinin yükü də bir qədər azalacaq. Heydər Əliyev prospektinin Koroğlu qovşağında yaşanan yük də azalacaq. Nərimanov rayon ərazisindəki Əliyar Əliyev və Ağa Nemətulla küçələrinin yükündə də azalma baş verəcək”. 

Ekspertin fikrincə, bu kimi addımlar sözügedən ərazidə belə tıxacların tam aradan qaldırılmasına kifayət etmir:

“Bakının tıxac məsələsində köklü problemlər var ki, onlar həll olunmalıdır. Tıxac məsələsinin əsaslı həlli üçün ictimai nəqliyyat inkişaf etməlidir.Yolların salınması, genişlənməsi bu problemin tam həllinə səbəb olmur. İlk növbədə əhalinin ictimai nəqliyyat və velosipeddən istifadəsinə şərait yaradılmalıdır”.

Bizim.Media 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR