Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cəzalandırıldı - FOTO

Bakıda karantin qaydalarını pozaraq ad günü keçirən model cəzalandırıldı - FOTO

Tarix: 5-12-2020, 11:32

Bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı  şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə noyabrın 27-də paytaxtda yerləşən restoranların birində keçirilən ad günü məclisinin təşkilatçısı Raziyyət Əliyeva,  onun 3 rəfiqəsi  və restoranın icarədarı müəyyən olunaraq, polis idarəsinə dəvət olunublar.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokollar tərtib edilib. R.Əliyeva və rəfiqələri 200 manat, restoranın icarədarı 4000 manat cərimə ediliblər.

Bir daha diqqətə çatdırırıq ki, daxili işlər orqanları tərəfindən ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarına ciddi nəzarət olunur.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR