Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA

Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA

Tarix: 4-02-2021, 16:34

Bakı Sağlamlıq Mərkəzi Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun vəziyyəti ilə bağlı açıqlama yayıb.

Mərkəzin açıqlamasında deyilir:

“Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xalq artisti, mərkəzə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub.

Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşma müşahidə olunub. Hazırda müalicəsi davam etdirilməsinə baxmayaraq, vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR