Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb

Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb

Tarix: 13-11-2020, 21:39

Azərbaycanın Polşadakı səfirliyi noyabrın 9-da Polşanın Dlugolenka şəhərində 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyitinin tapılması ilə bağlı məsələni nəzarətə götürüb.
Bu barədə Report-a Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.
Onun sözlərinə görə, Dlugolenka Şəhər Polis Komissarlığından Azərbaycan səfirliyinə verilən məlumatda M.İsmayılovun yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində meyiti tapıldığı bildirilib:
“Polisin məlumatında tibbi ekspert rəyinə əsasən, mərhumun asılaraq intihar etdiyi qeyd olunub. Mərhumun ailəsi ilə əlaqə saxlanılıb və yaxınlarının onun intihar etməsinə şübhə ilə yanaşdığını və meyitin təkrar daxili tibbi ekspertizadan keçməsi müraciətini nəzərə alaraq səfirlik tərəfindən Dlugolenka Şəhər Prokurorluğuna müraciət edilib. Baş vermiş hadisə səfirliyin nəzarətindədir”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR