Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Xəstəxanadan huşsuz əsgər və zabitlərlə bağlı yayılan iddialar barədə AÇIQLAMA

Xəstəxanadan huşsuz əsgər və zabitlərlə bağlı yayılan iddialar barədə AÇIQLAMA

Tarix: 16-11-2020, 15:36


Son günlər sosial şəbəkələrdə paylaşılan bir məlumat cəbhədə olan hərbçilərimizin ailələrini narahat edib. 
Bir neçə gündür sosial şəbəkələrdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair məlumatlar yayılıb. Cəbhədə olan əsgərlərdən xəbər ala bilməyən ailələr isə xəstəxanaya zəng edərək, məlumat almağa çalışdıqda, onlara yayılan məlumatların həqiqəti əks etdirmədiyi deyilir. 
Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkim müavini Əfsər Nəcəfovla əlaqə saxladıq.
O, Oxu.Az-a açıqlamasında bildirib ki, bu günə qədər xəstəxanaya huşsuz vəziyyətdə olan heç bir əsgər, zabit, hərbçi gətirilməyib:
“Bu məlumatı kim və hansı məqsədlə yayıb, bilmirik. Amma heç biri həqiqəti əks etdirmir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında yaralılar var, müalicə alırlar. Lakin onlar arasında yaddaşında problem olan, ailəsini tanıya bilməyən heç bir hərbçi yoxdur və olmayıb.
Xahiş edirik, həqiqəti əks etdirməyən məlumatlar yayaraq, əsgərlərin ailələrinin hissləri ilə oynamasınlar”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR