Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Əcnəbi vətəndaş Qırmızı kitaba düşən quşu ovlayarkən tutuldu - FOTO

Əcnəbi vətəndaş Qırmızı kitaba düşən quşu ovlayarkən tutuldu - FOTO

Tarix: 18-11-2020, 17:17

Nadir və qiymətli şahin quşlarının tutularaq, ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.

Nazirlikdən bildirilib ki, 16 noyabr 2020-ci ildə ETSN-nin və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan saxlanılıb və ondan ovlanması qadağan edilmiş, adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş Şahin quşu maddi sübut kimi götürülüb.

Daha ətraflı
Faktla bağlı İmad Alaborsan barəsində akt, protokol tərtib edilib və qanun pozucusu 2000 manat məbləğdə cərimələnib. Şahin quşu isə təbiətə buraxılıb.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR