Son Xəbər: Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”, Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”, Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik,

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Nazirlik rəsmisindən uşaqların koronavirusa yoluxması ilə bağlı AÇIQLAMA

Tarix: 11-02-2021, 16:35


“Ümumtəhsil məktəblərində əyani tədris qismən bərpa olunub. Valideynlərin övladlarını koronavirusdan qorumaq üçün məktəbə göndərməmələri, narahatlıq keçirmələri təbii haldır”.

Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bildirib.

Onun sözlərinə görə, heç bir valideyn uşağının COVID-19-a yoluxmasını istəmir:

“Amma bir neçə aydır pandemiya şəraitində yaşayırıq və bu, ömrümüzün bir hissəsinə çevrilib. Ömürlük distant təhsillə tədris də mümkün deyil. Əgər şərait imkan verirsə, biz əyani tədrisi bərpa etməliyik. Buna görə də dövlət qurumları, Nazirlər Kabineti yanında operativ qərargah bu prosesi izləyir və qərarlar qəbul edir”.

O əlavə edib ki, azyaşlılar xəstəliyi yüngül keçirir:

“Onlar arasında yoluxma halları baş versə də, əksər hallarda uşaqlar xəstəliyi simptomsuz keçirir və xəstələnmir. Bunu yüngül resperator infeksiya kimi keçirirlər. Uşaqlarda pnevmaniyanın baş verməsi nadir hallarda olur”.

“Uşağın piylənməsi, yanaşı xroniki ağır xəstəlikləri varsa, onların xəstələnməsi zamanı ağırlaşmaya rast gəlinə bilər. Bu uşaqlarla bağlı təşviş yaşana bilər. Lakin immun sistemi yaxşı olan və heç bir xroniki xəstəliyi olmayan uşaqların əksəriyyəti infeksiyanı fəsadsız keçirir. Uşaqlar özləri infeksiyanın mənbəyi kimi yaşlıları yoluxdura bilər. Bu, təhlükəli ola bilər”, - deyə Eyvazov əlavə edib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR