Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

193 nömrəli mktəbin direktoru və müavini töhmət aldı-Müsahibə.

193 nömrəli mktəbin direktoru və müavini töhmət aldı-Müsahibə.

Tarix: 5-11-2019, 13:14

"Təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq"- Təhsil eksperti danışdı

"Təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq"- Təhsil eksperti danışdı
Məlum olduğu kimi ötən günlərdə Bakı şəhəri 193 nömrəli tam orta məktəbdə şagirdlərdən fond pulu yığıldığına görə həmin məktəbin müəllimi, eyni zamanda məktəbin direktor müavininə peşə fəaliyyətini düzgün icra etmədiyinə görə töhmət verilib.
Bununla bağlı  danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, son bir neçə ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədris müəəssisələri bərpa və əsaslı təmir ediliblər. Lakin bunlara baxmayaraq, çox təəssüflər olsun ki, görülən müsbət işlərə baxmayaraq, öz çirkin əməllərindən əl çəkməyən şəxlər hələdə təhsil sistemində fəaliyyət göstərir:
"Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülüb. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, ən ucqar bölgələri də əhatə edir. Təsadüfi deyil ki, son bir neçə ildə respublika ərazisində heç bir dövrdə müşahidə olunmadığı qədər məktəb binası tikilib, bir çox məktəb binaları üçün yeni korpuslar inşa olunub, köhnə tədriz müəəssisələri bərpa və əsaslı təmir ediliblər. Çox təəssüflər olsun ki, görülən müsbət işlərə baxmayaraq, öz çirkin əməllərindən əl çəkməyən şəxslər hələ də təhsil sistemində fəaliyyət göstərir. Onların neqativ hərəkətləri təhsildə hörülən işlərə kölgə salır, təhsilin insanlar arasında nüfuzdan düşməsinə xidmət edir".
Təhsil eksperti öz maraqlarını dövlət maraqlarından üstün tutan bəzi məktəb direktorları, direktor müavinləri, təhsili idarə etmə orqanlarında çalışanların aparılan təhsil islahatılarına xələl gətirdiyini qeyd edir:
"Qeyd edim ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb. Biz artıq təhsildə islahatların 3 cü mərhələsindəyik. Birincidə nəzəriyyəni formalaşdırma idisə, ikincidə təhsil qanunvericiliyinin formalaşdırılması prosesi həyata keçirildi. İndi isə, 3-cü, kadr potensialını gücləndirmə mərhələsi başlayıb. Artıq sistem öz artıqlarından azad olacaq. Bundan sonra aparılan islahatlara kölgə salanlar, təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq".
Kamran Əsədov həmçinin son bir ay ərzində məktəb mühitində yol verdikləri nöqsana görə bir neçə təhsil işçisinin artıq vəzifəsindən azad edildiyini və yaxud da onlara töhmət verildiyini qeyd edib:
"Təkcə bir ay ərzində Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynova işdən azad edilmiş, Ağdam rayonu 89 nömrəli tam orta məktəbin direktoru Nərgiz Zeynalovaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, Sumqayıt şəhəri 8 nömrəli tam orta məktəbin direktor müavini Nənəxanım Əliyeva tutduğu vəzifədən azad edilmişdir.
Bu artıq sistemdə sağlamlaşdırılma mərhələsinin başladığını göstərir".
Şəlalə Babayeva
"Təhsilə, müəllim adına xələl gətirənlər bu sistemdən uzaqlaşdırılacaq"- Təhsil eksperti danışdı




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR