Son Xəbər: Ermənistan XİN: Azərbaycandan sülh sazişinə dair təkliflər almışıq, ABŞ Kiyevə Krımı bu raketlə vurmağa icazə verdi, Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq, Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK, “Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”, Türk dünyasının deputatları Xankəndidə - FOTO, Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü, AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb, “Bu bizim üçün çox böyük şərəfdir”, “COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”,

Azərbaycan icmasından britaniyalı deputatlara çağırış

Azərbaycan icmasından britaniyalı deputatlara çağırış

Tarix: 23-02-2021, 17:51

 
 
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Britaniya parlamentinin üzvlərinə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən  verilən məlumata görə, Ülvi Pepinova, Fəridə Pənahova, Nərminə Məmmədova, Toğrul Bağırov və Vüsalə Kərimovanın imzası ilə ingilis parlamentarilərinə ünvanlanan müraciətdə bildirilib ki, fevralın 26-da dünya azərbaycanlıları tariximizin ən qara səhifələrindən birini, dərin ağrı və milli sarsıntı olan Xocalı soyqırımının növbəti ildönümünü yad edirlər.

Xocalı soyqırımını XX əsrin ən dəhşətli kütləvi qırğını olan Serebrenitsa və Sonqmi ilə müqayisə edən soydaşlarımız erməni silahlı qüvvələrinin dinc azərbaycanlılara qarşı törətdikləri amansız cinayət barədə ətraflı məlumat veriblər.

Azərbaycan icmasının üzvləri ingilis deputatları bu müraciəti İcmalar Palatasında səsləndirməyə, 26 fevral tarixini Xocalının anım günü elan etməyə, soyqırımı pisləyən qətnaməni imzalamağa, onu törədənlərin Haaqadakı Beynəlxalq tribunalda mühakimə olunmasını tələb etməyə çağırıblar.

Soydaşlarımız həmçinin beynəlxalq birliyi susmamağa, Xocalı soyqırımının icraçılarını qınamağa və törətdikləri vəhşiliyə görə məsuliyyətə cəlb olunmalarını tələb etməyə səsləyiblər.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR