Son Xəbər: İlham Əliyev: Vyetnamın müstəqillik mübarizəsi Azərbaycan xalqı tərəfindən həmişə dəstəklənib, Seul yaxınlığında yük qatarı relsdən çıxıb, Sumqayıtda yol çöküb, Azərbaycan və NATO logistik imkanlarından birgə istifadə mexanizmlərini müzakirə edib, İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub, Taksi sürücüsü olmaq istəyənlər üçün dekabrın 17-də keçiriləcək imtahana qeydiyyat başlayıb, BMT-də islahat və enerji təhlükəsizliyi: Şençjen sənədində Bakı üçün önəmli məqamlar, Bakıda və rayonlarda yağış intensivləşəcək - Xəbərdarlıq, Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb, Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb - CƏDVƏL,

Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

Naxçıvanın sabiq daxili işlər naziri həbs edildi

Tarix: 9-03-2021, 09:46



Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədov həbs edilib.

Mediabiz.az unikal.org-a istinadən xəbər verir ki,  Ə. Əhmədov  mənimsəmədə ittiham olunur və məhkəmənin qərarı ilə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ə. Əhmədov 2017-ci ildə tutduğu vəzifədən azad edilib.

Onu da qeyd edək ki, Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun adı qalmaqalda hallanıb. İttihama görə, Əvəz Əhmədov Hörmət Əsgərov adlı şəxsi özünə məxsus Sabunçu rayonu ərazisində yerləşən "Park Plyus” əyləncə mərkəzində girov götürüb. Hörmət Əsgərovdan ona borclu olduğu pulu tələb edib. Daha sonra isə Hörmət Əsgərovun qohumu Rəşad Tahirov həmin borcu qaytaracaqlarını söz verib və buna görə də Hörmət Əsgərovu sərbəst buraxıb. İttihama görə, Əvəz Əhmədov hədə-qorxu ilə Rəşad Tahirovdan 140 min dollar alıb. Məhkəmə hökmünə əsasən Əvəz Əhmədovun barəsində 2 min manat cərimə cəzası müəyyən edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR