Son Xəbər: Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb, Azərbaycanda külək elektrik stansiyaları istehsalı 13 dəfədən çox artırıb - CƏDVƏL, Kolleclər 2030-cu ilədək universitetlərin tabeliyinə veriləcək, IX sinifdən sonra qəbul məhdudlaşdırıla bilər, Respublika üzrə noyabr ayının pensiya ödənişləri yekunlaşıb, Şənbə günü Azərbaycanda 21 dərəcə isti olacaq, Vyetnamın Azərbaycanda səfirliyi açılacaq, Azərbaycan parataekvondoçusu Sabir Zeynalov dünya çempionatında qızıl medal qazanıb, Ağdamın işğaldan azad olunmasından 6 il ötür, Məleykə Abbaszadə: Müasir universitet gəncləri ölkənin gələcəyi üçün məsuliyyət daşımağa hazırlamalıdır, Rusiya Ukraynanın infrastrukturuna ballistik raketlərlə kütləvi zərbə endirib,

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb

Tarix: Bugün, 16:46

 
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin iki xalqın bir neçə onillik tarixi olan dostluğuna əsaslanaraq inkişaf etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycanın və Vyetnamın dövlət başçılarının qarşılıqlı səfərləri müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə, ölkələrimiz arasında siyasi etimadın güclənməsinə səbəb olub. Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən il Azərbaycana səfəri zamanı iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul olunmasının Azərbaycan-Vyetnam əlaqələrini yeni səviyyəyə yüksəltdiyi bildirilib.

Vyetnamın vitse-prezidenti Vo Ti An Suan Azərbaycana səfərlərini, o cümlədən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Bakıda keçirilən Zirvə Görüşündə iştirak üçün oktyabrda Bakıya səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşünü məmnunluqla xatırlayıb.

Görüşdə xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ötən il Vyetnama səfəri zamanı Hanoy Ticarət və Turizm Kollecinə, görmə qabiliyyəti məhdud uşaqlar üçün orta məktəbə göstərilən yardımın iki xalq arasında dostluğun bariz nümunəsi olduğu vurğulanıb.

Görüşdən sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, qızları Leyla Əliyevaya və Arzu Əliyevaya ənənəvi Vyetnam qəhvəsinin hazırlanma üsulu nümayiş olundu.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR