Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

DSMF vətəndaşlara XƏBƏRDARLIQ ETDİ: "Vasitəçilər"ə aldanmayın!

DSMF vətəndaşlara XƏBƏRDARLIQ ETDİ: "Vasitəçilər"ə aldanmayın!

Tarix: 30-07-2021, 18:09


Bəzi insanlar vətəndaşları aldadaraq, onları hansısa yollarla sosial müavinət təyin etdirə biləcəklərinə inandırırlar. Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, bu cür "vasitəçilər”lə işləməsinlər.

Mediabiz.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədr müavini Mətin Əsgər deyib.

O bildirib ki, ünvanlı dövlət sosial yardımla bağlı elektron qaydada müraciət üçün platforma var. Bunun da məqsədi vətəndaş-məmur təmasının aradan qaldırılmasıdır: "Elektron müraciət portalı ondan ötrüdür ki, vətəndaş nəinki üçüncü tərəflə, heç məmurlarla da ünsiyyətdə olmasın. Hər kəs bütün qanuni tələblər əsasında sənədlərini hazırlayıb təqdim etməlidir. Çətin prosedur deyil. Vətəncaş öz işi, ailə üzvlərinin gəlirləri barədə məlumatları daxil etməklə müraciət edə bilər. 15 gün müddətində təqdim edilən məlumatlar araşdırılır və həqiqətən də ailənin ehtiyacı varsa, ona ünvanlı dövlət sosial yardımı təyin edilməsi istiqamətində işlərə başlanılır. Vətəndaşlar üçüncü tərəflərə inanmamalıdır. Çünki onlar qanunvericiliyin tələblərindən yayınmaq üçün müəyyən tədbirlər görür, saxtakarlığa əl atır, saxta sənədlər hazırlayırlar. Görülən bu tədbirlər də nazirliyin əməkdaşlarının apardığı yoxlama nəticəsində ortaya çıxarılır və yardım verilirdisə, dayandırılır. Belə olduğu halda, vətəndaş üçüncü tərəfə ödədiyi vəsaiti də itirmiş olur. Tövsiyəmiz ondan ibarətdir ki, vətəndaşlar qanunvericiliyin tələblərini oxusunlar, əgər orada yazılan tələblərə cavab vermirləsə, ümumiyyətlə müraciət etməsinlər”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR