Son Xəbər: Zelenski Ukrayna nümayəndə heyətinin ABŞ-yə yenidən səfər edəcəyini açıqlayıb, Anar Əsədli ilə bağlı yeni qərar verilib, Burun əməliyyatından sonra xəstənin ölümündə təqsirləndirilən həkimə hökm oxunub, Milli Məclisin növbəti plenar iclası oktyabrın 17-də keçiriləcək, Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb, G7 səfirləri Rusiyanın Ukraynaya zərbələrinə görə təcili görüşə toplaşıblar, MDB ölkələrinin liderləri Düşənbədə 19 sənəd imzalayıb - YENİLƏNİB, Ramil Həsən mandatının ləğvi üçün MSK-ya müraciət edib - RƏSMİ, Təzə Pir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilir, Rusiyanın Kiyevə gecə saatlarında endirdiyi zərbələr nəticəsində 12 nəfər yaralanıb,

Haqqımızda

Salam əziz dostlar, mediabiz.az MMC ilə görüşünüzə gəldik. Son illər elektron məbuatın oxucu kütləsi çoxalıb. Xüsusilə, sosial şəbəkələr vasitəsilə, elektron portallara oxucu marağı pik həddə çatıb. Hazırda internet saytlar arasında rəqabət güclənib və bu gün oxucular arasında rəğbət qazanan elektron portalların sayı az deyil. Bu marağı nəzərə alaraq, mediabiz. az MMC ni yaratmağı qərara aldıq. Saytda oxucuların marağına səbəb ola biləcək müxtəlif növ məlumatlar yer alacaq. 
Əziz dostlar, portalımlızda siyasət, sosial, mədəniyyət, şou-biznez, idman, kriminal və s. mövzuda məlumatlar  yer alacaq. Məqsədimiz gündəlik xəbərləri operativ və dəqiq şəkildə saytda yerləşdirib sizi məlumatlandırmaq, maarifləndimək və əyləndirməkdir. 
Yeri gəlmişkən, əziz dostlar son illər ölkəmizdə həyata keçirilən sosial və iqtisadi islahatlar nəticəsində xalqımızın yaşayış rifahı yüksəlib və bu sahədə müsbət addımlar atılmaqda davam edir. Ölkə prezidenti İlham Əliyev və onun xanımı, vitse-prezidentMehriban Əliyeva ulu öndər Heydər Əliyevin davamçıları olaraq, Azərbaycanın adını zirvələrə qaldırdılar. Son bir neçə il ərzində Azərbaycanın adı bir çoxiqtisadi, mədəni və idman sahəsi ilə bağlı beynəlxalq layihələrdə inkişaf etmiş ölkələr sırasında çəkildi. Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur.
Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir. Mediabiz.az saytı yuxarıda sadalaqığımız bütün bu müsbət keyfiyyətləri özündə birləşdirən ölkəmizin birinci xanımı və vitse-prezident Mehriban Əliyevaya həsr edirik. Saytimizda onun həyata keçirəcyi bütün layihələr, tədbirlər və görüşlər geniş şəkildə öz əksini tapacaq. 
Əziz dostlar, hər birinizi Mediabiz.az saytının oxucusu olmağa dəvət edirik...

REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR