Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıdakı özəl klinikada BİABIRÇILIQ - Əməliyyat olunan xəstəyə... - FOTO

Bakıdakı özəl klinikada BİABIRÇILIQ - Əməliyyat olunan xəstəyə... - FOTO

Tarix: 6-11-2021, 17:40

Bakıda fəaliyyət göstərən "Badam Medical Center"dən redaksiyamıza şikayət daxil olub.

Yenisabah.az xəbər verir ki, noyabrın 4-də klinikada septorinoplastika (burun çəpər əyriliyi və estetikası) əməliyyatı etdirən Səbinə Əliyeva daha sonra reanimasiyaya yerləşdirilib. Bir gün nəzarət altında qalacağı ona bildirilsə də, bu əməldə yox, yalnız sözdə qalıb.

Personalın laqeyd münasibəti, vaxtı keçmiş yoqurtun təklif olunması və köçürülən sistemin içindəki maye bitsə də, buna heç kimin  nəzarət etməməsi xəstəni qəzəbləndirib.

Bununla bağlı xəstə iradını bildirib, lakin heç kim nəzərə almayıb.

"Əməliyyata və xəstəxanada qalmağıma görə yüksək məbləğdə ödəniş etmişəm. Ayılanda qarşılaşdığım mənzərə məni çox qəzəbləndirdi. Narkozdan ayılarkən qoşduqları sistemin bitdiyini gördüm, iynəni isə qolumdan çıxarmamışdılar. Qolum ağrıdığına görə, onları çağıraraq dərhal çıxartmalarını bildirdim.

Daha sonra mənə təklif etdikləri yoqurtu dəyişdirmələrini istədim. Əvvəl dəyişdirə bilmərik desələr də, təxminən 10 dəqiqə sonra yenisini gətirdilər. Təşəkkür edib, yedim. Bitirdikdən sonra gözüm yoqurtun tarixinə sataşdı və saxlama müddətinin başa çatdığını gördüm. Bu məni daha da qəzəbləndirdi. Dərhal onları yenidən cağırdım, lakin mənə vaxtının bitmədiyini təkidlə izah etməyə çalışdılar. Bunu bilməyə görə savadlı və ya savadsız olmağa ehtiyac yoxdur. İki göz kifayət edir ki saxlama müddətinin bitdiyini görəsən. Onlardan şikayət edəcəyimi bildirsəm də "Get hara istəyirsən şikayət elə" - deyə cavab aldım. Vaxtlı vaxtında mənə su vermirdilər. Onları çağırdıqda isə istədiklləri vaxt yaxınlaşırdılar.

Əməliyyatın ilk günü idi, mən zəhərlənsəydim, qussaydım bu zaman mənim sağlamlığım necə olacaqdı? Yenə belə laqeyd münasibət görəcəkdim?" - deyə, xəstə bildirib.

Məsələ ilə bağlı xəsətəxanadan "Yeni Sabah"a şikayətin araşdırılacağı bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR