Son Xəbər: Sahibə Qafarova: Dünyada davam edən münaqişələr və böhranlar insanların həyatını risk altına alır, Ədliyyə Nazirliyi: Məhkumlara qadağan olunan əşyaların verilməsi və ötürülməsi cinayət məsuliyyəti yaradır, Azərbaycandan tranzit keçməklə Ermənistana 420 ton buğda və 280 ton arpa göndəriləcək, Milli Kibertəhlükəsizlik Agentliyi “Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edib, Moldova XIN: Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsinə ümid edirik, Ukrayna Rusiyaya məxsus təyyarəni aerodromda vurub, Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək, Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb - YENİLƏNİB, Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib, Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib,

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı diplomatiyası nəticə verməyə başlayıb

Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı diplomatiyası nəticə verməyə başlayıb

Tarix: 30-12-2021, 07:35

Azərbaycanın türk dünyasını birləşdirəcək Zəngəzur dəhlizinin açılması üçün diplomatik səyləri öz nəticəsini verməyə başlayıb. Ermənistan Azərbaycanla dəmir yolunun tikintisi üçün hazırlıqlara başlayır.

Bu barədə "Haber Global" bildirib.

Qeyd edilir ki, Zəngəzur dəhlizinin açılışı ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib: "Paşinyan bildirib ki, Ermənistan hökuməti dəmir yolunun Arazdəyən və Horadiz arasında uzanacaq Mehri hissəsinin tikintisi üçün hazırlıqlara başlayıb. Paşinyan bəyan edib ki, nəqliyyat marşrutlarının açılması müəyyən problemlər və təhlükələr ehtiva etməklə yanaşı, həm də böyük imkanlar bəxş edir və Ermənistan üçün faydalı olacaq".

Ermənistan yolun 45 kilometrini inşa edəcək: "Layihəyə 200 milyon ABŞ dolları ayrılacaq. Xəttin ümumi uzunluğu təxminən 34 kilometr olacaq.

Dəmir yolunun açılması ilə bağlı qərar Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın dekabrın 15-də Brüsseldə keçirilən görüşündə qəbul edilib".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR