Son Xəbər: Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım,

İşsizlər sığorta ödənişini bu müddətdə alacaq

İşsizlər sığorta ödənişini bu müddətdə alacaq

Tarix: 17-01-2022, 15:52

Prezident İlham Əliyev "İşsizlikdən sığorta haqqında” Qanuna dəyişikliyi təsdiqləyib. 

Qanunun 2.0.6-cı maddədə "hal” sözü "nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları” sözləri ilə əvəz edilib. 13.2.1-ci və 13.2.2-ci maddələrdə "işsizliyin başlanmasından” sözləri "sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib. 

Belə ki, əmək müqaviləsinin müddəti qurtardıqda işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 30 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslər qanunda nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində sığorta haqqı alacaqlar. 

Sığorta ödənişi almış şəxsə qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 30 ay sığorta stajı tələb olunur.

14.2-ci maddədən isə  "Məşğulluq haqqında” qanun ilə müəyyən olunmuş qaydada” sözləri çıxarılıb və həmin maddədə hər iki halda "işsiz kimi qeydiyyata alınmasından” sözləri "sığorta hadisəsinin baş verdiyi tarixdən” sözləri ilə əvəz edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR