Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Azərbaycan onu beynəlxalq axtarışa verdi

Azərbaycan onu beynəlxalq axtarışa verdi

Tarix: 19-01-2022, 07:50

Azərbaycan vətəndaşlarını intim videolarla şantaj edən 33 yaşlı bolqarıstanlı qadın beynəlxalq axtarışa verilib.

Mediabiz.az xəbər verir ki, bu barədə məlumat İnterpolun saytında yerləşdirilib.


33 yaş Sevinc Niyazinin saxlanılması üçün qırmızı bülletenlə quruma müraciət edilib.

Qeyd edək ki, ötən ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidməti ölkə vətəndaşlarını intim videogörüntüləri ilə şantaj edən mütəşəkkil dəstəni ifşa edilib. 

Cinayətkar şəbəkəyə daxil olan 32 nəfərin şəxsiyyəti təsbit edilərək texniki izlər və pul köçürmələri əsasında davam edən cinayət əməllərindən 200 nəfərdən artıq Azərbaycan vətəndaşının zərər çəkdiyi məlum olub. Cinayət əməllərinin təşkilatçılarının Bolqarıstanda məskunlaşdığı müəyyən edilib və yerli hüquq mühafizə orqanları ilə birgə həmin ölkənin Silistra əyalətində yerləşən ünvanlarda axtarış, dindirmə və digər intensiv istintaq hərəkətləri keçirilib. Cinayət əməllərinin təşkilatçıları, icraçıları və vasitəçiləri cinayət başında ifşa edilib, Azərbaycan və digər xarici ölkə vətəndaşlarının şantaj edildiyinə dəlalət edən videomateriallar, səsli mesajlar və yazışmaların olduğu çoxsaylı kompüter, mobil telefon və texniki avadanlıqlar götürülməklə DTX-də aparılan cinayət işi materiallarına əlavə edilib, çoxsaylı sosial şəbəkə hesablarındakı videomateriallara kənardan daxilolma imkanları məhdudlaşdırılmaqla davam edən cinayət əməllərinin qarşısı alınıb. 

Cinayət əməlləri ifşa edilmiş xarici ölkə vətəndaşları Gyurdzhan Stoyanov, Tezdzhan Stoyanov, Sevinch Niyazi və digərləri təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR