Son Xəbər: Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım,

İtkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq

İtkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq

Tarix: 17-02-2022, 20:42

Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlu hərbi məktəbdən kənarlaşdırılacaq.

Mediabiz.az "Report"a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri nəticəsində tapılaraq hərbi məktəbə qaytarılan kursantla aparılan söhbət zamanı onun yoxa çıxmasının səbəbi yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə məişət zəminində yaranmış problemlərin olduğu müəyyən edilib.

Belə ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant V.Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR