Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Ukraynalılar azərbaycanlı alimin kəşfini istifadə edir

Ukraynalılar azərbaycanlı alimin kəşfini istifadə edir

Tarix: 1-03-2022, 11:50

Bir neçə gündür davam edən Rusiya-Ukrayna müharibəsində "Molotov kokteyli" adlı partlayıcı vasitələr diqqət çəkib. Belə ki, bu günlərdə sosial şəbəkədə yayılan görüntülərdə Kiyev yaxınlığındakı gecə döyüşlərində bir neçə Rusiya hərbi texnikasının məhv edilməsində bu partlayıcından istifadə olunub. Həmin görüntülərdə Rusiya tanklarının üzərinə onlarla “Molotov kokteyli”nin atıldığı və tankların alışdığı müşahidə olunur.

Mediabiz.az ın məlumatına görə, şüşə butulkaların içərisində tez alışan "Molotov kokteyli" adlı partlayıcı vasitə adını rus siyasətçi və diplomat Vyaçeslav Molotovdan alsa da, onun kəşfi azərbaycanlı alimin əməyinin nəticəsidir.

"Molotov kokteyli"nin içərisinə tökülən qarşışıq toluol maddəsini azərbaycanlı alim kəşf edib. Söhbət dünya şöhrətli alim, kimya elmləri doktoru, mərhum akademik Yusif Məmmədəliyevdən gedir.

İkinci Dünya müharibəsi zamanı Yusif Məmmədəliyevin fəaliyyəti çoxşaxəli idi. Belə ki, o, təkcə yüksək oktanlı benzin deyil, həmçinin düşməni sıradan çıxarmaq üçün bəzi partlayıcı maddələr də ixtira edib ki, bu ixtiralar da müharibədə SSRİ qoşunları üçün çox gərəkli olub.
Ötən əsrin ortalarında Yusif Məmmədəliyevin ilk sırada olduğu kimyaçı alimlərin əzmkar əməyi sayəsində yüksək oktanlı təhlükəsiz yanacaqların bütün növlərinin sintezi üzrə yarımsənaye və onların aviamotorlarda sınaqdan çıxarılması üzrə eksperimentlər aparılıb. Bunun nəticəsində sovet təyyarəçiləri 1941-1945-ci illərdə davam edən Böyük Vətən müharibəsi cəbhələrində uğurla döyüşürdülər.

Faşist ordusu üzərində Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın - "Molotov kokteyli"nin yaradılmasının da böyük əhəmiyyəti oldu. Onun tərkibi Y.Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın əldə edilməsi əsasında işlənib-hazırlanmışdı. O zaman, müharibə vaxtı və elə indi də az adam bilir ki, sonralar  “Molotov kokteyli” kimi məşhurlaşacaq qarışığın müəllifi Azərbaycan alimidir.

Bu partlayıcı-yandırıcı qarışığa “Molotov kokteyli" adını isə İngiltərə baş naziri Uinston Çörçill verib. Belə ki, 1941-ci ildə keçirilən görüşdə bu kəşf barədə SSRİ xarici işlər naziri Vyaçeslav Molotov Çörçillə məlumat verib. Bildirib ki, partlayıcı-yandırıcı vasitə əl bombası kimi yaxşı silah növüdür.  Elə həmin görüşdəcə Çörçill SSRİ xarici işlər nazirinə deyib ki, “bu partlayıcı vasitənin adını sənin şərəfinə "Molotov kokteyli" qoyuram".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR