Son Xəbər: Cəlilabadın Göytəpə şəhərində Şəhidlər kompleksinin tikintisinə başlanılıb, Prezident ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib, Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ, Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib, Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ödəniş sistemi aktiv olub, Aİ ölkələri meşə yanğınlarına görə yardım istəyir, Sabah 37 dərəcə isti olacaq, Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb, Zelenski: "Patriot" üçün raketlərin Ukraynaya verilməməsi Rusiyanı yeni hücumlara həvəsləndirir, Şuşada çərkəz musiqiləri ifa edilib,

Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi

Vilayət Eyvazov DİN-in qadın əməkdaşlarını təbrik etdi

Tarix: 8-03-2022, 13:18

Vilayət Eyvazov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Daxili İşlər Nazirliyinin (DİN) qadın əməkdaşlarını və hərbi qulluqçularını təbrik edib.

Mediabiz.az DİN-in feysbuk səhifəsinə istinadla xəbər verir ki, təbrik müraciətində zəngin mədəni dəyərlərimizin qorunub saxlanılmasında müstəsna xidmətlər göstərmiş Azərbaycan qadınının həmişə saflığı və sədaqəti ilə seçildiyi, cəmiyyətimizin və hər bir ailənin etibarlı mənəvi dayağı olduğu vurğulanıb.

Qeyd olunub ki, bu gün də ölkəmizin ictimai həyatında mühüm rol oynayan və dövlət quruculuğunda fəal iştirak edən qadınlar öz gücünü, enerjisini müstəqil Azərbaycanın qüdrətlənməsinə və davamlı inkişafına sərf edir, eyni zamanda, vətənpərvər, torpağını, yurdunu sevən mübariz gənc nəslin yetişməsinə müstəsna töhfələr verirlər.

Qurub-yaratmaq əzmi tükənməyən Azərbaycan qadınının cəmiyyətimizin həyatında səyləri, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında misilsiz xidmətləri respublikamızın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

"Daxili işlər orqanlarında və Daxili Qoşunlarda çalışan qadınların da öz məsul və şərəfli vəzifələrini layiqincə yerinə yetirdiklərini, böyük məmnunluqla qeyd edərək, bu əlamətdar gündə hamınıza möhkəm cansağlığı, ailə səadəti və xoşbəxtlik, xidmətdə uğurlar arzulayıram”, - deyə general-polkovnik Vilayət Eyvazovun təbrik müraciətində bildirilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR