Son Xəbər: Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq,

"Buçadakı görüntülər uydurmadır" - Lavrov

"Buçadakı görüntülər uydurmadır" - Lavrov

Tarix: 4-04-2022, 16:44

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım üzrə koordinatoru Martin Qriffitslə görüşüb.

Görüşdən əvvəl açıqlama verən Lavrov, Buça şəhərində ortaya çıxan görüntüləri təxribat kimi şərh edərək, “Keçən gün Rusiya hərbçilərinin plan və razılaşmalara uyğun olaraq oradan ayrılmasından sonra Kiyev vilayətinin Buça şəhərində.növbəti saxta hücum həyata keçirildi. Buçadakı vəziyyət saxta hücum idi, uydurma görüntülər sosial mediada Qərb və Ukrayna tərəfindən yayıldı. Qərb Ukraynadakı humanitar vəziyyətlə bağlı spekulyasiya etməyə çalışır. Rusiya Federasiyası bu təşəbbüsü sülh və təhlükəsizliyə təhlükə yaradan təxribat kimi qiymətləndirir", - deyə  bildirib. 

Görüşdə Rusiya Federasiyasının Böyük Britaniyadan BMT Təhlükəsizlik Şurasının sədri kimi üzərinə düşən vəzifələri yerinə yetirməsini və Buçadakı vəziyyətlə bağlı toplantı təşkil etməyi tələb edəcəyi vurğulanıb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR