Son Xəbər: İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq,

Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi - tədbir Heydər Əliyev Mərkəzində baş tutdu

Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi - tədbir Heydər Əliyev Mərkəzində baş tutdu

Tarix: 23-06-2022, 09:30

 Layihə rəhbəri və təşkilatçısı Elnurə  və Aygün İsgəndərovaların olduğu Yasamal Rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 

" Azərbaycan və Tacikistan mədəni əlaqələri nəsildən-nəslə" adlı sərgi - tədbir  22 iyun  saat 12:00-da Yasamal Rayon Heydər Əliyev Mərkəzində baş tutdu. Sərgidə 70 rəssam 70  rəsm əsəri ilə iştirak edirdi. Rəsm əsərlərində  Tacikistanın mənzərələri, mətbəxi , adət - ənənələri vəsf olunmuşdu. 

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Tacikistanın Azərbaycandakı səfiri Rustam Soliyev və xanımı Mühabbet Soliyeva, Türkiyə səfiri Cahit Bağçı, Gürcüstan səfiri Zurab Pataradze, Əfqanıstan səfiri Amanullah Ceyhun,Meksika səfiri Xuan Flores, diplomatik korpusun nümayəndələri iştirak edirdi.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular və Ümummilli liderin siyasi fəaliyyətini əks etdirən foto və eksponatlarla tanış oldular.


Yasamal Rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova sərgiyə gələn  fəxri qonaqları və rəssamları salamladı. Artıq xarici ölkə səfirliklərinin mərkəzdə ziyarətlərinin və  sərgilərinin  təşkil olunması ənənə halına keçdiyini bildirdi.


Sərgidə iştirak edən Tacikistan Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri Rustam Soliyev  iştirakçıları salamlayaraq bildirdi ki, bu cür mədəniyyət tədbirləri iki xalq arasında əlaqələrin daha da yaxınlaşmasına xidmət edir.  

Daha sonra sərgi layihə rəhbəri və təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar nümayş etdirilən rəsmlər barədə qonaqlara ətraflı məlumat verərək  rəsm əsərlərinin tacik xalqının adət və ənənələrini, yaşayış tərzini və təbiət mənzərələrini əks etdirir.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR