Son Xəbər: İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq,

Berlin meri yarım saat “yalançı Kliçko” ilə söhbət etdi

Berlin meri yarım saat “yalançı Kliçko” ilə söhbət etdi

Tarix: 25-06-2022, 14:00

Berlin meri yarım saat “yalançı Kliçko” ilə söhbət etdi


Almaniyanın paytaxtı Berlinin meri Françiska Qiffi 30 dəqiqə ərzində özünü Kiyevin meri Vitaliy Kliçko kimi təqdim edən naməlum şəxslə söhbət aparıb. 

Bu barədə məlumatı “Tagesspiegel” yayıb. 

Məlumata görə, Ukrayna tərəfindən Qiffi ilə görüşün keçirilməsi barədə istək daxil olub. Bunun hansı kanallarla baş verdiyi isə hələ məlum deyil.

Görüş zamanı özünü Kliçko kimi təqdim edən şəxsin danışıq tərzi və tonu almaniyalı merdə şübhələr doğurub. Belə ki, sözügedən şəxs Qiffidən ölkədəki ukraynalı qaçqınlara hansl xidmətlərin göstərilməsi barədə suallar verib. 

Merin şübhələrindən sonra söhbət vaxtından əvvəl dayandırılıb. 

Daha sonradan aydın olub ki, naməlum şəxslər dipfeyk texnologiyasından istifadə edib və özlərini Kliçko kimi qələmə veriblər. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

“Bild” nəşri isə oxşar hadisənin Madriddə də baş verdiyini yazıb. Belə ki, burada da naməlum şəxs özünü Kliçko kimi təqdim edərək Madrid şəhərinin merinə zəng edib. 

Kiyev meri Vitaliy Kliçko da məsələyə münasibət bildirərək, hər iki zəngin onun tərəfindən edilmədiyini və feyk olduğunu bildirib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR