Son Xəbər: İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq,

Rüşvət alan sabiq hakim HƏBS OLUNDU

Rüşvət alan sabiq hakim HƏBS OLUNDU

Tarix: 26-07-2022, 15:14

 
Sumqayıt Şəhər Məhkəməsinin adından qəbul edilmiş qanunsuz qətnamələrlə əsassız olaraq pensiya təyinatlarının aparılması və digər pozuntulara yol verilməsi faktı ilə bağlı ƏƏSMN  və Ədliyyə Nazirliklərindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, istintaqla müəyyən olunub ki, 2008-2019-cu illərdə Sumqayıt Şəhər Məhkəməsinin hakimi vəzifəsində işləmiş İlyas Mahmudovun icraatında olan müxtəlif mülki işlər üzrə iddiaçıların tələblərinin təmin edilməsi barədə bilə-bilə ədalətsiz qətnamə qəbul etməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət qismində pul tələb  edərək almasına, bununla əlaqədar bilə-bilə 2 halda ədalətsiz qətnamə çıxarmasına əsaslı şübhələr var.

Bundan başqa, İlyas Mahmudovun işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktları müəyyən edən qanunsuz məhkəmə aktlarını aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243 min 441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına dair əsaslı şübhələr müəyyən edilib.

Toplanmış kifayət qədər sübutlar əsasında İlyas Mahmudova Cinayət Məcəlləsinin 295.1 (bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və ya qərardad çıxarma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Əhəmiyyət kəsb edən digər halların müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR