Son Xəbər: Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Ərdoğana başsağlığı verib, Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb,

Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ

Ata övladının sünnət toyunda bacısı oğlu tərəfindən DÖYÜLDÜ

Tarix: 15-08-2022, 13:21

 
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Sənan Əliyevə (bütün soyadlar şərtidir) hökm oxunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, o, 2021-ci ilin 25 dekabr tarixində dayısı Ramazan Quliyevin oğlu Eltaca təşkil etdiyi sünnət toyuna gedib. S.Əliyev orada spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə dayısının evində daxil olub və orada anası Sərmayə Əliyevanın xalasının telefonu ilə kiminləsə danışdığını görüb. Buna görə o, anası ilə və xalası Hekayətlə mübahisə edib.

Daha sonra isə mübahisəyə dayısı Ramazan qarışıb. O, bacısı oğlu S.Əliyevə anasına və xalasına acıqlanmasından etirazını bildirib. Onlar arasında mübahisə dava ilə nəticələnib. Belə ki, S.Əliyev dayısına sillə vuraraq yerə yıxıb. Daha sonra davaya digər qonaqlar qarışıb. Kənd sakini Həmid Səmədov S.Əliyevi yumruqla vurub. S.Əliyev isə stolun üzərində olan bıçağı götürüb və Həmidə bıçaqla xəsarət yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Cinayət Məcəlləsinin 126.2.2-ci və 126.2.4-cü (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR