Son Xəbər: Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB, Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib, Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib, Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var, SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır, AAYDA vətəndaşlara müraciət edib, Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb, "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir,

Azərbaycanda polislərə zor tətbiq edildi: Biri bıçaqlandı, digəri isə...

Azərbaycanda polislərə zor tətbiq edildi: Biri bıçaqlandı, digəri isə...

Tarix: 27-10-2022, 23:38

 


Qəbələdə polis əməkdaşlarına qarşı zor tətbiq edilib.


"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Böyük Pirəli kəndində yerləşən mağazaların birinin qarşısında baş verib. Həmin mağazadan çıxan Aydınqışlaq kənd sakini Dursun Əliyev (soyadlar şərtidir) ərazidə xidmət aparan Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi, polis baş leytenantı İlkin Məmmədovla mübahisə edib. D.Əliyev polis zabitinin ona və fiziki məhdudiyyətli övladlarına baxaraq güldüyünü əsas gətirib və DİN əməkdaşını söyüb. 


Polis əməkdaşı isə ona öz iradını bildirib və ictimai yerdə nizam-intizama əməl etməyə çağırıb. Buna baxmayaraq D.Əliyev polis baş leytenantının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirib. Daha sonra o, «VAZ-21099» markalı avtomobilinə əyləşib və nəqliyyat vasitəsini qəsdən polis əməkdaşının və onun «Mercedes-Benz» markalı maşınının üzərinə sürüb. O, polis zabitinə daha ağır xəsarət yetirmək istəyib.


Hadisə yerinə Qəbələ RPŞ-nin polis nəfəri, polis kiçik serjantı Elmin Quliyev gəlib. Dursun Əliyev həmin polis əməkdaşına mətbəx bıçağı ilə xəsarət yetirib. 


Xuliqanlıq əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və Qəbələ RPŞ-nə gətirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. 


İşə Qəbələ Rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum edilib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR