Son Xəbər: Şəkiyə 33 sm qar yağıb - Faktiki hava, Azərbaycan neftinin qiyməti 100 dollara düşüb, Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib, Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib,

Əli Əliyevin 4 il həbsi TƏLƏB EDİLDİ

Əli Əliyevin 4 il həbsi TƏLƏB EDİLDİ

Tarix: 22-11-2022, 14:22

 
Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsindəki cinayət işi üzrə məhkəmə keçirilir.

Mediabiz.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda Sabunçu Rayon Məhkəməsində davam edən prosesdə partiya sədrinin 4 il müddətə azadlıqdan məhrum edilməsi tələb olunub.

Qeyd edək ki, Ə.Əliyev bir müddət öncə həbsxanada davaya qarışıb. O, Bakı İstintaq Təcridxanasında kamera yoldaşına xəsarət yetirməkdə ittiham edilir. Partiya sədri qəsdən sağlamlığa az ağır zərər vurmaqda təqsirli bilinir.

Xatırladaq ki, partiya sədri daha əvvəl 3 müxtəlif şəxs tərəfindən xüsusi ittiham qaydasında şikayət olunub. Məhkəmə onun ümumilikdə 1 il müddətə azadlıqdan məhrum edilməsinə qərar verib. Ə.Əliyevin həbs müddəti yanvarda başa çatırdı.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR