Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Mingəçevir İcra Hakimiyyətinin qarşısında maşın yandırdılar-RƏSMİ AÇIQLAMA

Mingəçevir İcra Hakimiyyətinin qarşısında maşın yandırdılar-RƏSMİ AÇIQLAMA

Tarix: 7-03-2020, 13:45


Bu gün səhər saatlarında əlil vətəndaş Mingəçevir Şəhər İcra Hakimiyyətinin binası qarşısında "Tavriya" markalı avtomobilinə od vuraraq yandırıb.

Sonxeber.az hadisə ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin Probasiya şöbəsinin böyük icra məmuru Zaur Rəfiyevin verdiyi məlumatda qurumun sözügedən məsələ barəsində xəbərdar olduğu bildirilib:
"Həmin şəxsin avtomobilini nə səbəbə yandırdığı haqqında məlumatsızıq".
İcra məmurunun verdiyi açıqlamada həmçinin bildirilir ki, avtomobilini yandıran şəxsin İcra Hakimiyyətində qanunsuz tikilisinin sökülməsi ilə bağlı icra işi olub. İcra tədbiri müəyyən olunaraq qanunsuz tikili sökülüb:
"Avtomobilini yandıran şəxs Orucov Əmir Duman oğludur. Şəki Apellyasiya məhkəməsinin qətnaməsi əsasında həmin tikilinin sökülməsi icra olunub. Həmin şəxs özü də həmin tədbirdə iştirak edib, ərizəsi ilə sökülməyə qarşı etirazını bildirməyib. Səhər isə belə bir hadisə ilə qarşılaşmışıq".

Qeyd edək ki, əraziyə gələn yanğınsöndürmə birqadası və polis əməkdaşlarının köməyi ilə yanğın söndürülüb. Buna baxmayaraq, avtomobil tamamilə yarasız hala düşüb.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR