Son Xəbər: Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB, Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib, Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib, Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var, SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır, AAYDA vətəndaşlara müraciət edib, Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb, "Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir,

Şəhid hərbçimizin övladları ilə FOTOSU

Şəhid hərbçimizin övladları ilə FOTOSU

Tarix: 12-04-2023, 09:07

 Ötən gün Laçın istiqamətində Ermənistan ordusunun təxribatlarının qarşısını alarkən şəhid olan hərbçilərimizdən biri gizir Zalov Vidadi Nizami oğludur.

Modern.az-ın məlumatına görə, ordu sıralarında qürursuz xidmət aparan hərbi qulluqçu 17 iyul 1985-ci ildə anadan olub. O, Abşeron rayonunun Saray qəsəbəsində böyüyüb boya-başa çatıb, atası Nizami Zalov vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləyib. 

Sosial şəbəkələrdə yayılan məlumata görə, Vidadi Zalov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olub. 2003-2007-cü illərdə Maliyə fakültəsində təhsil alıb.

Şəhid hərbçimizin Nizami adlı oğlu və Humay adlı qız övladı yadigar qalıb. O, 44 günlük Vətən müharibəsində aktiv iştirak edib və jurnalist İlham Tumasla döyüş yoldaşı olub.

"Şəhid olan qardaşlarımızdan Vidadi Zalovla Vətən Müharibəsində bir yerdəydik. Ölümün gözünə dik baxan qardaş idi", - jurnalist sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, düşmən təxribatı nəticəsində şəhadətə yüksələn hərbçilərimiz bu gün son mənzilə yola salınacaq. 

Xatırladaq ki, ötən gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Cavab tədbirləri zamanı Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub. 

Şəhid hərbçimizin övladları ilə FOTOSU


 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR