Son Xəbər: Gürcüstan prezidenti Acarıstan hökumətinin sədri vəzifəsinə namizəd irəli sürüb, Natiq İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib, ABŞ İran nefti daşıyan tankeri ələ keçirib, Hesablama Palatası: Sığorta bazarında dövlət sifarişləri üzrə rəqabət zəifdir, Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb, Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı yardımlar ödəniləcək, İlham Əliyev: Dünyadakı təhdidlər Azərbaycandakı ağsaqqallıq institutunun əhəmiyyətini vurğulayır, I rübdə vergi cinayətləri faktları üzrə 89 cinayət işi başlanılıb, Latviya Prezidentinin Azərbaycana səfəri başa çatıb, İran Hörmüz boğazında Cənubi Koreya ilə əməkdaşlığa hazır olduğunu bəyan edib,

Azərbaycan XİN Armen Qriqoryana cavab verdi

Azərbaycan XİN Armen Qriqoryana cavab verdi

Tarix: 8-06-2023, 19:45

 

“İyunun 8-də Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasında çıxışı zamanı guya Azərbaycanın Ermənistanla sərhəddə və Laçın yolunda vəziyyəti gərginləşdirdiyi, güc tətbiqi siyasəti yürütdüyü, Qarabağ bölgəsində yaşayan erməni sakinlərə qarşı etnik təmizləmə həyata keçirmək niyyətində olduğu barədə səsləndirdiyi iddiaların heç bir əsası yoxdur və bu Ermənistan tərəfinin növbəti manipulyasiyasıdır”.

Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası zamanı səsləndirdiyi iddialara cavabında bildirilib.

Qeyd edilib ki, Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etmək əvəzinə erməni sakinlərin reinteqrasiyası kimi daxili məsələlərə müdaxilə cəhdlərinə hələ də son qoymaması bu ölkənin bölgədə sülh və sabitlikdə maraqlı olmadığını göstərir.
“Misal olaraq, Ermənistan Təhlükəsizlik Şurasının katibinə xatırladırıq ki, Ermənistan Üçtərəfli bəyanat çərçivəsində öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini Azərbaycan ərazisindən tam olaraq hələ də çıxarmayıb və bu qüvvələrin Azərbaycan ərazisində mövcudluğu beynəlxalq hüququn bütün norma və prinsiplərinin pozuntusu olmaqla yanaşı, ciddi təhdid mənbəyidir. Azərbaycanın Laçın sərhəd buraxılış məntəqəsindən gün ərzində onlarla erməni sakinlərin Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə hər iki istiqamətdə sərbəst şəkildə keçməsi bir daha göstərir ki, Ermənistanın reinteqrasiya prosesinə maneçilik cəhdləri uğursuzluğa düçar olub. Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirik”, - XİN-in yaydığı məlumatda qeyd olunub.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR