Son Xəbər:
Tarix: 16-06-2023, 18:25
ŞAURMA №1 saylı restoranalar şəbəkəsi ətrafında uzun illərdir davam edən dava yeni epizodlar alır. Vəkil Tural Əliyevin iş üzrə araşdırmaları zamanı aydın olub ki,ŞAURMA №1 şəbəkəsinin adına olan əmtəə nişanı saxtalaşdırılıb
Bu barədə “Adekvat.az”a ŞAURMA №1 şəbəkəsinin rəsmi rəhbəri, prosesdə iştirak edənlərdən biri Ceyhun Məhərrəmov məlumat verib.O qeyd edib ki, bir vaxtlar mənim adıma verilmiş ŞAURMA №1 əmtəə nişanı hüququ hansısa yolla başqa şəxsə keçib...
Bununla bağlı qeyd edilməlidir ki, əmtəə nişanı hüququ patentlər və digər əqli mülkiyyət hüquqları kimi müvafiq dövlət orqanı tərəfindən verilir və şəhadətnamə ilə təsdiq edilir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən Ceyhun Məhərrəmova 4 mart 2010-cu il tarixli (reyestr nömrəsi 2010 0274) ŞAURMA №1 nömrəli əmtəə nişanına hüququnun təsbit edilmiş həmin sertifikat verilmişdir. Söhbətin dövlət qurumu tərəfindən təsdiq edilmiş rəsmi sənəddən getdiyini nəzərə alsaq, Məhərrəmovun şəxsi razılığı olmadan kiminsə bu sənədə dəyişiklik edə biləcəyini heç ağlına belə gətirməyib.
Vəkil Tural Əliyev Teymur İmamverdiyevə verilən hüquqların qanuniliyini aydınlaşdırmaq işinə ciddi yanaşıb:
“Əqli Mülkiyyət Agentliyi məlumat verib ki, əmtəə nişanı hüququ Teymur İmamverdiyevin adına qeydiyyatdan keçib.Eyni zamanda, həm buraxılış tarixi, həm də reyestr nömrəsi müştərimin hüquqları ilə eyni idi. Belə çıxır ki, eyni sənəd eyni vaxtda iki müxtəlif hüquqi şəxsə verilib. Amma bu baş verə bilməz, elə deyilmi? Və sonra mən bu hekayənin dolaşıqlığını açmağa başladım və nəticədə İmamverdiyevin başqasının əmtəə nişanının mənimsənilməsi ilə bağlı sövdələşməsinə nail olan fırıldaqçılıq və saxtakarlığın mürəkkəb texnologiyasını üzə çıxardım”
Vəkilin müəyyən etdiyi kimi, birinci mərhələdə İmamverdiyev bu cür hallarda qəbul edilmiş sənədi notarial qaydada təsdiq etmədən həqiqi mülkiyyətçi Ceyhun Məhərrəmovun ona hüquqların könüllü keçməsi haqqında imzasını saxtalaşdırıb. Bundan sonra o, Standartlaşdırma üzrə Dövlət Komitəsinin məsul şəxslərinin “köməyi ilə” əqli mülkiyyətə sahiblik barədə saxta sənəd alıb. Daha sonra İmamverdiyev özünə yaxını Səbuhi Əliyevi şərik tapır və ona yenidən mülkiyyət şəhadətnaməsi verib. Lakin artıq bu dəfə gözlənildiyi kimi, notarius vasitəsilə. Və bir müddət sonra Səbuhi Əliyev də notarius vasitəsilə həmin sənədi İmamverdiyevin özünə yenidən rəsmiləşdirib. Saxta sənədi “yuyaraq” və bununla da əqli mülkiyyətin “qanuni” sahibinə çevrilən, özünü toxunulmaz hiss edən Teymur İmamverdiyev bir şeyi nəzərə almayıb ki, pullardan fərqli olaraq, rəsmi sənədlərin “yuyuluması” daha çətindir. Hər zaman hansısa köklər, qeydiyyat mətnləri və digər nüanslar var ki, Tural Əliyev bunları axırda müəyyən edə bilib.
İlk öncə Ceyhun Məhərrəmovun vəkili müvəkkilinin əmlakın İmamverdiyevə təhvil verilməsi ilə bağlı sənəddə olan imzasını ekspertizaya göndərib. Müstəqil Ekspertiza Mərkəzindən əlyazma üzrə ekspert Şükür Hüseynovun cavabı aydın və qəti idi - Məhərrəmovun imzası kobud şəkildə saxtalaşdırılıb. Sonda ekspert bu qənaətə gəlməyə səbəb olan çoxsaylı detalları qeyd edib.
Bundan əlavə, vəkilin sorğusuna Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Madriddə (İspaniya) yerləşən mənzil-qərargahı 3 mart 2010-cu il tarixli 2010 0274 reyestr nömrəli ŞAURMA №1 nömrəli əmtəə nişanı hüququn Ceyhun Məhərrəmova aid olduğunu təsdiq edən cavabı elektron məktub ilə göndərib. Həmçinin bu hüququn 2023-cü ilin oktyabr ayının sonuna qədər Belarus,
Çin, İran, Qazaxıstan, Ukrayna və Rusiya ərazisində də tanındığı təsdiqlənib.
Bundan əlavə, vəkil Ceyhunun bu əqli mülkiyyət hüququnun “Əmtəə nişanları və coğrafi göstəricilər” üzrə “Sənaye Mülkiyyəti” bülletenində tanınması barədə sənədli sübutları da əldə edib.
Vəkil Tural Əliyevin əldə etdiyi sənədlərin məzmunu heç bir şübhə yeri qoymur ki, “təşəbbüskar” Teymur İmamverdiyev nəinki mənimsənilmiş əqli mülkiyyət hüququnu itirəcək, həm də ola bilsin, sənəd uydurmaq və dövlət zəmanəti altında olan əmlakın mənimsəməsinə görə bir neçə ilə qədər azadlığınından məhrum olacaq.
“Adekvat.az bu prosesin gedişini yaxından izləyəcək. Görünür, bir mənzili bir neçə nəfərə eyni anda satmaq “təcrübəsi” bəzi “ağıllı adamları” ondan əqli mülkiyyət sahəsində istifadə etməyə də sövq edib. Və bu “novatorların” qarşısı vaxtında alınmasa, Azərbaycanda elmi ixtiraların, ədəbi bestsellerlərin və yaradıcı loqoların ikinci-əkiz sahibləri meydana çıxacaq.
Stimulxeber.az