Son Xəbər: Nepalda sel fəlakətində ölənlərin sayı 804-ə çatıb, Nepalda daşqın nəticəsində ölənlərin sayı 668-ə çatıb - YENİLƏNİB, Rusiya Donetsk və Sumı regionlarında bəzi yerləri ələ keçirib, Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib, Sabah Bakıya və rayonlara yağış yağacaq, İlham Əliyev Şavkat Mirziyoyevi Özbəkistanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib, Ukrayna ordusunun Rusiyaya hücumlarında 4 nəfər ölüb, xəsarət alanlar var, SEPAH: ABŞ-ın Hörmüz boğazı ilə bağlı açıqlamaları açıq-aşkar yalandır, AAYDA vətəndaşlara müraciət edib, Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb,

Bu gün Aşuradır

Bu gün Aşuradır

Tarix: 28-07-2023, 08:01

 

Bu gün Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.

Aşura günü ilə əlaqədar Azərbaycan məscidlərində İmam Hüseyn əzadarlığı keçiriləcək.

Hər il olduğu kimi, bu il də Aşura günü qanvermə aksiyaları təşkil olunacaq.

Vətəndaşlar aşağıdakı ünvanlarda qan verə bilərlər:

Bakı şəhəri üzrə:

Xəzər rayonu, Mirmövsüm Ağa Ziyarətgahı

Nəsimi rayonu, Göy məscidin (Əjdərbəy) mərasim zalı

Nizami rayonu, Sahibəzzaman məscidi

Səbail rayonu, Bibiheybət məscid ziyarətgahı

Suraxanı rayonu, Qaraçuxur məscidi

Yasamal rayonu, Təzə Pir məscidi

Yasamal rayonu, Hacı Soltanəli məscidi

Binəqədi rayonu, İmam Əli məscidi.

Həmçinin, Mərkəzi Qan Bankının Gəncə, Lənkəran, Sumqayıt, Mingəçevir, Şəki, Şirvan, Bərdə və Quba bölmələrində də qanvermə aksiyaları təşkil olunacaq.

Ümumilikdə, qanvermə aksiyaları 8 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində keçiriləcək.

Xatırladaq ki, Məhərrəm ayında əzadarlıq mərasimləri İslam Peyğəmbəri Məhəmməd əleyhissalamın nəvəsi imam Hüseyn əleyhissalamın, onun ailə üzvləri və tərəfdarlarının şəhid olması ilə əlaqədar keçirilir. Onlar hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Hicri təqviminin ilk iki ayında (Məhərrəm və Səfər ayları) Azərbaycanın əksər bölgələrində toy mərasimləri keçirilmir.

Qeyd edək ki, iyulun 19-dan başlayan Məhərrəm ayı avqustun 17-də başa çatacaq. Növbəti gün, avqustun 18-i Səfər ayı başlayır və sentyabrın 16-da bitir.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR