Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı - YENİLƏNİB

Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı - YENİLƏNİB

Tarix: 31-07-2023, 13:46

Ankarada səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun türkiyəli həmkarı Hakan Fidanla görüşü başlayıb.

Bu barədə Azərbaycan XİN-dən bildirilib.

Hakan Fidan Ceyhun Bayramovu səmimiyyətlə salamlayıb.

***12:51

Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə rəsmi səfəri başlayıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "twitter"də məlumat yayıb.

Bildirilib ki, nazir rəsmi səfər çərçivəsində Türkiyə Cümhuriyyətinin qurucusu, Qazi Mustafa Kamal Atatürkün dəfn olunduğu Anıtqəbir məqbərəsini ziyarət edərək, böyük öndərin məzarının önünə əklil qoyub.

***08:17

31 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasına rəsmi səfərə yola düşüb.

XİN-dən  bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Ceyhun Bayramovla Hakan Fidanın görüşü başladı - YENİLƏNİB





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR