Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Alimlər Avropa üçün yeni təhlükəni proqnozlaşdırırlar

Alimlər Avropa üçün yeni təhlükəni proqnozlaşdırırlar

Tarix: 2-08-2023, 13:15


"İstənilən şəxs MyGov-a daxil olub "Sorğulanmış məlumatlarım" bölməsini seçəndə görəcək ki, xeyli sayda dövlət və özəl qurum, banklar sizdən xəbərsiz  fərdi məlumatlarınıza baxıb. Bəzən isə burada hətta sizin şəxsi məlumatlarınıza baxanların uzun bir siyahılarını görə biləcəksiniz".

Bunu Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hərdən özü təəccüblənir ki, banklarda olanlar gecə-gündüz bilmədən, dövlət sistemlərində olan bu şəxsi  məlumatları necə və nə üçün toplayırlar:

"Hansı ki, vətəndaşın razılığı olmadan bu qanunsuzdur. Proses adətən belə baş verir. Qurumlar, banklar da bilir ki, vətəndaşın hansısa bir razılığı olmadan bunu etmək qanunsuzdur və onu məhkəmə gözləyə bilər. Odur ki , vətəndaş nə zamansa identifikasiya olunmadan, adi bir loginlə harasa daxil olub xidməti almaqla bağlı nəyisə təsdiqləyəndə, qurumlar, banklar dərhal, heç vətəndaşın xəbəri olmadan da fərdi məlumatlarına baxmaq razılığı da alırlar. Bunlar hamısı yolverilməzdir. Uzun müddətdir ki, proses bu qaydada davam edir. İndi isə bunun qarşısını almaq üçün bildiyim qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yeni bir mexanizm hazırlayıb. Qurum bir neçə hökumət portalını özündə birləşdirən Super Portal və onun əsasında mobil Rəqəmsal Cüzdan da hazırlayır. Hansı ki, burada vətəndaşın şəxsi kabineti nəzərdə tutulub və elə burada da, qurumlardan bildirişlər almaq,  sorğulanmış məlumatlarına münasibət bildirmək imkanı yaradılıb".

O.Gündüz bildirib ki, artıq vətəndaşın razılığı olmadan hansısa bank və ya qurum onun fərdi məlumatlarına baxa bilməyəcək:

"Yeri gəlmişkən, Super Portalda və Cüzdanda olan bir çox məlumatlar da artıq sadəcə məlumat deyil, data əsaslı "rəqəmsal sənəd" statusuna malik olacaq. Bir neçə il öncə Avropada fərdi məlumatların qorunması ilə bağlı tam yeni standartlar hazırlanıb. RİNN açıqlama verib ki, bu standartlar əsasında "Fərdi məlumatlar haqqında" yeni qanun layihəsi də  hazırlayıb və hökumətə təqdim edib".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR