Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Bakıda məşhur şirkətin sahibi ev dustağı oldu: - 14 mərtəbəli bina necə 17 mərtəbə olub?

Bakıda məşhur şirkətin sahibi ev dustağı oldu: - 14 mərtəbəli bina necə 17 mərtəbə olub?

Tarix: 28-09-2023, 09:38

 

Məşhur tikinti şirkəti "İnşaat Konstruksiyaları" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) sahibi Rauf Əliyevə hökm oxunub.

Mediabiz.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, şirkətin direktoru olan Əliyev Rauf Rəhim oğlu Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti əsasında saxlanılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, iş adamı Vergi Məcəlləsinin 16.1.1, 16.1.4, 77.3, 78.1, 82, 103, 104.1, 105.1, 196, 201 və 219.3-cü və "Sosial sığorta haqqında” qanunun 1, 2, 6, 9-1,12, 14-cü maddələrinin tələblərini pozaraq, MMC-nin qeydiyyatda olduğu vergi orqanına bəyannamə təqdim etməyib, təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, xüsusilə külli miqdar təşkil edən - 398.9644,35 manat məbləğində vergini, 169.718,77 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqqının dövlət büdcəsinə ödəməkdən yayınıb.

Rauf Əliyev şirkəti tərəfindən 2016-cı ildə Bakının Yasamal və Nizami rayonlarında icra başçılarının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edib, ümumilkdə 3175824,89 manat, 2018-ci ildə Bakı şəhəri Xətai rayon icra başçısının sərəncamı ilə tikilən binaların tikinti fəaliyyəti ilə məşğul olan şəxslərə görə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim etdiyi bəyannamədə 2019-cu ilin cəmi 673584,12 manat sadələşdirilmiş vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Bundan başqa, o, cəmiyyətin 2017-ci il üzrə ümumi gəliri 4237288,00 manat, gəlirin əldə edilməsi üçün çəkdiyi xərcləri 3531073,44 manat, vergiyə cəlb edilən ümumi mənfəəti 706214,56 manat, 2016-cı il üzrə cəmiyyətin 5101,75 manat zərəri nəzərə alınmaqla büdcəyə ödənilməli mənfəət vergisi 140222,56 manat olduğu halda, vergi orqanına bəyannamə təqdim etməyərək, 140222,56 manat mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınıb.

Nizami rayonu, M.Abbasov küçəsi, 2038-ci məhəllədə yerləşən ərazidə, mövcud köhnə yaşayış və qeyri-yaşayış binaları sökülərək, yerində 3 girişli, 16 mərtəbə əvəzinə 17 mərtəbə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 33 ünvanda inşa edilmiş binanın layihə sənədlərində göstərildiyi 16 mərtəbə əvəzinə 17 mərtəbə (16+mansard), ünvan 8-də inşaa edilmiş binanın layihə sənədlərində göstərildiyi 14 (14+mansard) mərtəbə əvəzinə 17 mərtəbə tikdirib.

Rauf Əliyev müəmmalı yollarla tikdirdiyi binalarda əlavə mərtəbə tikilməsi ilə bağlı FHN əməkdaşlarını da "razı sala" bilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu binaların dayanıqlılığı ilə bağlı müayinələr aparıb və müvafiq texniki rəy veriblər.

Məhkəmənin qərarı ilə Rauf Əliyev Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib və ona 2 il müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məhrum etmə cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, şərti olaraq tətbiq edilib və onun üzərində 3 il sınaq müddəti müəyyən olunub. İş üzrə verilmiş mülki iddia qismən təmin edilib. İş adamından 659.152,54 manat tutulub, dövlət büdcəsinə keçirilməsinə qərar verilib və qalan hissədə mülki iddia təmin olunmayıb.

Qeyd edək ki, "İnşaat Konstruksiyaları" MMC-nin qanuni təmsilçisi, Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur. "Dərəçiçək” MTK da Rauf Əliyevə məxsusdur. Rəsul Əhmədov KİV-də keçmiş baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim edilsə də, iddia heç vaxt təkzib edilməyib.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR