Son Xəbər: Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir, Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir, İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB, Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib, Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib, İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib, Əli Əsədov Oljas Bektenovu təbrik edib, Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq, Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər,

Bahar Muradova: “Ermənistanın basdırdığı minalar insanların həyatı üçün ciddi təhlükə yaradır”

Bahar Muradova: “Ermənistanın basdırdığı minalar insanların həyatı üçün ciddi təhlükə yaradır”

Tarix: 20-11-2023, 11:17

“Azad olunan ərazilərdə Ermənistanın basdırdığı minalar insanların həyatı üçün ciddi təhlükə yaradır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O xatırladıb ki, sentyabrın 19-20-də keçirilmiş antiterror tədbirləri ilə ölkəmiz bütün ərazisi üzərində suveren hüquqlarını bərpa edib. Ermənistanın işğalçı qüvvələri ərazilərimizi tərk etməyə məcbur edildilər. Bununla Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin tələblərini öz hərbi və diplomatik səyləri ilə özü təmin etdi. Bu məsələdə beynəlxalq hüququn norma və prinsiplərinə dayanan ədalətli mövqe sərgiləmiş Qoşulmama Hərəkatının üzvlərinə təşəkkür edirəm. Qeyd etmək istərdim ki, bu qələbəni əldə etmək naminə biz çoxsaylı itkilər verdik, ərazilərimiz, evlərimiz, mədəni abidələrimiz talan olundu, dini ibadətgahlarımız təhqir edildi, dağıdıldı. Ətraf mühitə, ekoloji tarazlığa böyük dərəcədə ziyan dəydi. Ən ağrılısı odur ki, bu münaqişədə qadınlar və uşaqlar saysız-hesabsız əzablara məhkum oldular, bütün hüquqları pozuldu, bir çoxları vəhşicəsinə qətlə yetirildilər”.

B.Muradova hazırda azad olunan ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirildiyini, Böyük Qayıdış planının reallaşdırıldığını vurğulayıb:

“Keçmiş köçkünlər və onların ailələri azad olmuş ərazilərdə yeni salınmış şəhər və kəndlərə əbədi yurd salmaq üçün geri qayıdırlar. Lakin biz bu təcavüzün ağır nəticələri ilə üz-üzə qalmaqla yanaşı, yenə də qurbanlar verməyə davam edirik. Azad olunan ərazilərimizdə işğalçı Ermənistan qoşunlarının basdırdığı bir milyon yarımdan artıq mina və partlamamış sursatlar insanların həyatı üçün ciddi təhlükə yaradır. Lakin bununla belə, Azərbaycan Ermənistana mümkün əməkdaşlıq imkanlarından yararlanmaqla sülh gündəliyini təklif edir. Tərəflər arasında sülh müqaviləsinin imzalanmasına, Cənubi Qafqazda dayanıqlı qonşuluq münasibətlərinin əldə olunmasına çalışır”.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR