Son Xəbər: Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib, İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib, Əli Əsədov Oljas Bektenovu təbrik edib, Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında görüş olacaq, Azərbaycanlı jurnalistlər Qüdsün Köhnə şəhərini ziyarət ediblər, İlham Əliyev Qırğız Respublikasına işgüzar səfərə gəlib, Sentyabrda yağıntının miqdarı iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ, İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib, Xaçmazda avtomobil ağaca çırpılıb, ölən və xəsarət alanlar var, Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq,

Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi- Qht sədri

Azərbaycanın qüdrətini dünyaya nümayiş etdirdi- Qht sədri

Tarix: 11-10-2023, 19:50

8 Noyabr - Zəfər Günü şanlı tariximizin ən parlaq səhifələrindən biri olmaqla, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi bir daha Azərbaycanın gücünün dünyaya nümayiş etdirilməsidir. Uzun illər erməni separatizminin yuvasına çevrilmiş tarixi şəhərimiz olan Xankəndidə artıq üçrəngli bayrağımız dalğalanır.

Bəli, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev xilaskar liderdir. Çünki məhz İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Ali Baş Komandan, Prezident İlham Əliyev zəfər Günü ilə bağlı Xankəndində keçirilən hərbi parada çıxışı zamanı bildirdi ki, üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi: "Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir".

Məhz Azərbaycan Silahlı Qüvvələri antiterror tədbirləri nəticəsində bu il sentyabrın 19-da separatçıları 23 saat ərzində məhv etdi və qondarma qurum ləğv edildi, oktyabrın 15-də tariximizə daha bir şanlı səhifə yazıldı. Oktyabrın 15-də Müzəffər Ali Baş Komandan üç rəngli məğrur bayrağımızı Xankəndidə, Xocalıda, Xocavənd şəhərində dalğalandırdı. Bununla da Azərbaycanın suverenliyi tam təmin edildi. Bütün bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin qalib ölkənin, qalib Sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət diplmatik siyasətinin reallığı, xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Budur, Ali Baş Komandanımızın diplomatik siyasətinin nəticəsi! Budur Güclü Ordumuzun gücü, budur mübariz, igid əsgərlərimizin rəşadəti! Bu nailiyyət və qələbələr həm də Xalq-Ordu Birliyinin, orduya olan inamın Qələbəsidir! Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, uğurlu siyasəti haqq işidir! Dövlət başçımızın söylədiyi kimi: "Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Qarabağ Azərbaycandır!"

Etibar Məmmədov

Mədəniyyətin və Milli Ənənələrin Təbliği ictimai birliyinin sədri




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR