Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bakıda 10 yaşlı şagird qızılcadan öldü - Yenilənib

Bakıda 10 yaşlı şagird qızılcadan öldü - Yenilənib

Tarix: 30-11-2023, 13:01

Bakı şəhər Qaradağ rayonunda yerləşən 195 saylı orta məktəbin 4-cü sinif şagirdi, 10 yaşlı Rinat qızılca xəstəliyi səbəbindən dünyasını dəyişib.

Bu barədə məktəbin direktoru Laçın Hüseynli öz sosial şəbəkə hesabında məlumat verib.

Direktor, həmçinin məktəb üçün tibb işçisi tələb etdiklərini, lakin aidiyyəti qurumların bu məsələni həll etmədiklərini bildirib: “Artıq bir övladımızı qızılca xəstəliyinə görə itirdik. Çox təəssüf. Ölkədə tibb sahəsində kadr çatışmazlığı varmı? Artıq iki ildir ki, məktəb üçün tibb bacısı tələb edirik. 3 növbəli məktəbin bir nəfər də olsun həkimi yoxdur. Son 5 gündə isə 200-dən çox yoluxma var”.

Qeyd edək ki, artıq bir müddətdir Azərbaycanda qızılca xəstəliyinə kütləvi yoluxma halları müşahidə olunur. Ötən həftə bu xəstəlik səbəbindən Kürdəmir rayonunda 4 yaşlı Rüfət Qəribli vəfat etmişdi.

***

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci km ünvanından 30.11.2023-cü il tarixində 04:26 radələrində çağırış daxil olub.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tərəfindən ünvanda 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb.

Qeyd edək ki, şəxsin ölüm səbəbini tibbi ekspertiza, pataloji anatomik müayinə və təşrihdən sonra müəyyənləşdirmək mümkündür.




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR