Son Xəbər: Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb, Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib, İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər, Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq, Azərbaycan nefti ucuzlaşıb, ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb, Azərbaycanda sosialyönümlü xərclərin tərkibinə yenidən baxılması təklif olunur, Milli Məclisin iclası başlayıb, Ağdaşda avtomobili ildırım vurub, yanğın olub, Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək,

Ombudsman Narkoloji Mərkəzlə bağlı aidiyyati qurumlara çağırış etdi

Ombudsman Narkoloji Mərkəzlə bağlı aidiyyati qurumlara çağırış etdi

Tarix: 1-04-2024, 11:58

 

Bir gündə 2000 pasiyent Narkoloji Mərkəzə yerləşdirilməsi üçün növbə gözləyirdi.

Bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Azərbaycanda psixi sağlamlıq və psixi xəstəliklərdən əziyyət çəkən şəxslərin hüquqları" mövzusuna həsr olunmuş dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, narkomaniya xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsində növbə problemi mövcuddur:

"Ötən il başçəkmə zamanı bir gündə 2000 pasiyentin Respublika Narkoloji Mərkəzə yerləşdirməklə bağlı növbə gözlədiyi məlum oldu. Aidiyyəti qurumları bu istiqamətdə zəruri tədbirlər görməyə çağırıram".

S.Əliyeva bildirib ki, ölkədə, xüsusilə paytaxt ərazisində müxtəlif növ asılılıqlarla narkomaniya, alkoqolizm və s. ilə mübarizə aparan çoxsaylı qeyri-dövlət reabilitasiya mərkəzləri mövcud olsa da, onların fəaliyyətinin tənzimlənməsi və nəzarət mexanizmləri ilə bağlı boşluqlar var:

"Mövcud durum ciddi problemlərə, orada reabilitasiya keçən insanların hayat və sağlamlığına təhlükə yaradan hallara gətirib çıxarır. Penitensiar xidmət müəssisələrinə həyata keçirilən başçəkmələr zamanı saxlama şəraiti və rəftar məsələləri ilə yanaşı, məhkumların səhhəti, o cümlədən psixi sağlamlıq vəziyyətləri, habelə tibbi xidmət səviyyəsi də araşdırma predmeti olur. Psixi pozuntulardan əziyyət çəkən və ya cəza çəkdiyi dövrdə psixi sağlamlıq vəziyyətində ciddi dəyişikliklər baş verən şəxslərin psixiatriya müəssisələrinə yerləşdirilməsi ilə bağlı mexanizmin təkmilləşdirilməsi məqsədilə tərəfimizdan "Cəzanın çəkilməsinə mane olan ağır xastaliklərə düçar olmuş məhkumların tibbi şəhadətləndirilməsi Qaydaları"na yenidən baxılması təklif edilib".




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR