Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”

Tarix: 18-04-2024, 14:05

Bu il Azərbaycanı “Avroviziya-2024” beynəxalq mahnı müsabiqəsində təmsil edəcək müğənnilər - Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov 525.az-a müsahibə veriblər.
İlkin Dövlətov “Bəs sizin haqqınızda Avropada nə danışırlar” sualına belə cavab verib: “Avropada bizə “Avroviziya”nın ataları” deyirlər. Bığlarımıza görə (gülümsəyir-red)”.

Fəxri İsmayılov isə bunları deyib: “Avroviziya”da uğur qazansaq da, qazanmasaq da, artıq bizim ifamız sevilib: “Həmişə intuisiyama güvənmişəm. Bu dəfə də intuisiyam gözəl şeylər olacağını pıçıldayır”.
Xatırladaq ki, İsveçin Malmö şəhərində keçiriləcək "Avroviziya-2024" mahnı müsabiqəsinin yarımfinal mərhələləri bu il mayın 7-si və 9-u, final mərhələsi isə mayın 11-də baş tutacaq. Püşkatma nəticəsində Azərbaycan bu il 1-ci yarımfinalda çıxış edəcək. Müsabiqədə təmsilçilərimiz “Özünlə apar” mahnısını ifa edəcəklər. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR