Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Bu qiymətləri Tarif Şurası müəyyənləşdirəcək – YENİLİK

Bu qiymətləri Tarif Şurası müəyyənləşdirəcək – YENİLİK

Tarix: 29-05-2024, 13:47

Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tarifləri Tarif Şurası müəyyən edəcək. 

 Dövlət Su Ehtiyatları Agentliyinin məlumatına görə, bu, Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlər “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində qeyd edilib. 

Bildirilib ki, Azərbaycanda Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb.

Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb.

Agentliyin rəhbərlik etdiyi “Su şəbəkələrinə qoşulma” işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra olunub, yeni iqtisadi təşəbbüslərin hazırlanması, xüsusilə qanunvericiliyinin daha da təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində kompleks təkliflərin aidiyyəti üzrə təqdim olunması təmin olunub. 

Agentlikdə su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün Vahid Pəncərə sistemi yaradılıb.

Eyni zamanda su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formallaşdırılması, məlumatların əlçatanlığının təmin olunması, müasir idarəetmə əsasında aidiyyəti dövlət qurumları ilə inteqrasiya qurulub. 




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR