Son Xəbər: Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH, Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub, Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilir, Hakan Fidan: Rusiya və Ukrayna ilə "Taxıl sazişi"nə oxşar layihə üzrə danışıqlar davam edir, İlham Əliyevin Bişkekdə Qazaxıstan Prezidenti ilə görüşü keçirilib - YENİLƏNİB, Azərbaycan və Ermənistan liderləri sülh prosesinin irəlilədilməsi üzrə addımları davam etdirmək barədə razılaşıblar, Azərbaycan Prezidenti İlham Əliyevin Bişkekdə Ermənistanın Baş naziri ilə görüşü keçirilib, Ukrayna Rusiyanın S-400 radiolokasiya stansiyasına və komanda-qərargah maşınına zərbə endirib, İlham Əliyevin sosial media hesablarında Bişkekdə Nikol Paşinyanla görüşünə dair paylaşım edilib, Əli Əsədov Oljas Bektenovu təbrik edib,

TikTok-da tanış olduğu qızı alçaldaraq videoya çəkən şəxs həbs edilib

TikTok-da tanış olduğu qızı alçaldaraq videoya çəkən şəxs həbs edilib

Tarix: 22-06-2024, 13:50

Bakıda sevgilisinə ağır işgəncələr verən, ona qarşı alçaldıcı hərəkətlər edərək videoya çəkən gənc oğlan həbs edilib.

 Neftçala rayon sakini olan 2003-cü il təvəllüdlü Əli Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri ilə məsuliyyətə cəlb edilib.

Məlum olub ki, Əli Məmmədov TikTok sosial şəbəkəsində Sumqayıt şəhər sakini olan Aysu (şərti adlı) ilə tanış olub və aralarında sevgi münasibəti yaranıb. Bir müddət sonra Aysunun hamilə olması məlum olub. Lakin daha sonra onların münasibəti pozulub. Ə.Məmmədov qısqanclıq zəminində sevgilisini cəzalandırmaq qərarına gəlib. O, xanımı dostunun evinə apararaq orada amansızlıqla döyüb, başından, ağzından, sifətindən və digər nahiyələrindən ağır xəsarətlər yetirib. Qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən və bunu videoya çəkən Əli daha sonra onu başqa evə apararaq 4 gün müddətində orada saxlayıb. Burada da Aysunu dəfələrlə döyərək xəsarətlər yetirib. Həmçinin hamama salaraq alçaldıcı hərəkətlərlə qadını təhqir edib və etdiyini lentə alıb.

5 gün müddətində qızından xəbər ala bilməyən Aysunun anası polisə müraciət etdikdən sonra onların yeri müəyyən edilib və Əli Məmmədov saxlanılıb. Onun telefonundan qıza qarşı etdiyi hərəkətləri əks etdirən 4 video aşkar edilərək istintaq materiallarına daxil edilib.

Ə.Məmmədovun zorakılığı nəticəsində Aysu bətnindəki övladını da itirib. 

Bir müddət əvvəl cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub. Məhkəmənin ötən həftə çıxardığı hökmlə Ə.Məmmədov Cinayət Məcəlləsinin 133.2.2, 133.2.4, 133.2.6 və 150.2.4-cü maddələri (əzab vermə - hamilə və köməksiz vəziyyətdə olan şəxsə qarşı işgəncə verməklə törədildikdə, xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri) ilə təqsirli bilinib. Ə.Məmmədova 7 il həbs cəzası verilib.

Qeyd edək ki, Ə.Məmmədov 2022-ci ildə də ağır cinayət törədibmiş. Həmin vaxt Cinayət Məcəlləsinin 126.1-ci, yəni qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə təqsirli bilinən gənc ilk dəfə cinayət törətməsi, yaşı və digər hallar nəzərə alınmaqla sınaq müddəti verilməklə şərti cəza alıbmış.(“Qafqazinfo”)





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR