Son Xəbər: Belarusda prezident seçkilərinin tarixi açıqlandı, İlham Əliyev Rüstəm Minnixanov ilə görüşdü, Hərbçimiz qəzada öldü - Foto, Dönər yalnız bu ətdən hazırlana bilər - Yeni qayda, Avroliqa: “Qalatasaray” “Qarabağ”ın rəqibinə qarşı, Türkiyədə müvəqqəti prezident o oldu, “Trampı həbs etməliyik” - Bayden, Dünya liderləri Kazanda - Fotolar, Türkiyə və Qırğızıstan XİN başçıları TDT Zirvəsinə hazırlığı müzakirə ediblər, Yağışla bağlı növbəti XƏBƏRDARLIQ,

Azərbaycanın böyük tərəfdaşları var

Azərbaycanın böyük tərəfdaşları var

Tarix: 24-06-2024, 11:05

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü il iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil and Qaz” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimində iştirak etmişdir. Bununla əlaqədar Ölkəmizin Başçısı iyunun 21-də “Euronews” televiziyasına müsahibə vermişdir. Cənab Prezident İlham Əliyev müxbirə planlar barədə məlumat verərək bu tədbirin Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu və ”Masdar”ın da bərpaolunan enerji sahəsində ölkəmizin strateji tərəfdaşımız olduğunu bildirdi. Xatırladaq ki, “Energetika sektorunda islahatların surətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 may tarixli 1209 nömrəli Sərəncamına uyğun olaraq bərpa olunan enerji sahəsinin inkişafı məqsədilə 10-a yaxın beynəlxalq enerji şirkəti, o cümlədən “Masdar” şirkəti ilə əməkdaşlıq edilərək, şirkətlərin investisiya layihələri ilə bağlı təklifləri hərtərəfli şəkildə təhlil olunmuş və yüksək rəqabət və şəffaflıq mühitində üç mərhələdə seçim prosesi həyata keçirilmişdir. İcra müqaviləsi üzrə 230 MVt gücündə günəş elektrik stansiyasının reallaşdırılması ilə bağlı məsələlərin icrası da “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 dekabr 2019-cu il tarixli 1673 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın fəaliyyəti çərçivəsində əlaqələndirilmiş şəkildə təmin edilir. Həmçinin “ACWA Power” və BP sərmayədarlarımız sırasındadır. Prezident, həmçinin qeyd edib ki, Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Milli enerji şəbəkəmizin gücləndirməsini prioritet hesab edən dövlətimizin başçısı deyib ki, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıyıq. Qeyd edib ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Beynəlxalq tərəfdaşlıq tələb edən məsələlərin tərəfdaşlarımızla həll edilməsini vacib hesab edən Prezident İlham Əliyev bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməsinin zəruriliyini bildirib. Deyib ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. “Acwa Power” şirkətinin EVP - regional direktoru Abid Malik Bakı Enerji Forumunda “Davamlı Enerji: Xəzər regionunda Yaşıl Enerji Potensialı” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib: “Acwa Power” olaraq Azərbaycanda bir müddətdir ki, fəaliyyət göstəririk. Bərpaolunan enerji ilə bağlı burada perspektiv çoxdur. Belə ki, siyasi baxımdan stabil region olmaqla yanaşı, tranzit yollar və dəhliz üstünlüklərini nəzərə alsaq Azərbaycan çox əlverişlidir və bizim üçün hədəf ölkədir. Eyni zamanda, biz SOCAR-la da əməkdaşlıq edirik. Bizim planlarımızdan biri Azərbaycan ilə əməkdaşlıq edərək yaşıl enerjini inkişaf etdirməkdir. Burada tamamlanacaq mərhələlər çoxdur”. “Euronews” televiziyası müxbirinin “Yeri gəlmişkən , Siz xüsusi Sərəncamla bu ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdiniz. Elə deyilmi?” sualını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cavablandırarkən bildirmişdir: “Bəli, ev sahibliyi edən ölkə kimi bizim əsas məqsədlərimizdən biri birliyi və həmrəyliyi yaratmaqdır . Biz COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyirik ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”. Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin biologiya müəllimi Leyla Məmmədova




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR