Son Xəbər: Pulsuz ictimai nəqliyyat xidməti bu tarixdə başa çatır, Paşinyan saqqalını qırxmasının səbəbini AÇIQLADI, Bakının bir sıra yollarında tıxac var - SİYAHI, COP29-da sərgilənən şirniyyatlarımız qonaqların marağına SƏBƏB OLDU – FOTO, Ermənistanda İran vətəndaşına məxsus yük maşını qəza uğrayıb, sürücü ölüb, “COP29 mənim üçün möhtəşəm bir təcrübə oldu” – Norveçli iştirakçı, Lukaşenko nədən qorxduğunu açıqladı: Həyatım boyu..., Prezident bu nazirə ali xüsusi rütbə verdi, Qarabağa avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılır, Türkiyəli nazir: Ermənistan Zəngəzur dəhlizinin öz ərazisindən keçməsində maraqlıdır,

Azərbaycanın böyük tərəfdaşları var

Azərbaycanın böyük tərəfdaşları var

Tarix: 24-06-2024, 11:12

İyunun 21-də "Euronews" televiziyasında Bakı Ekspo Mərkəzində Bakı enerji həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji sərgilərindən reportaj yayımlanıb.Bu Beynəlxalq sərgidə Prezident İlham Əliyev də iştirak edib. Prezident İlham Əliyev "Euronews" kanalına müsahibə verib. Prezident İlham Əliyev öz çıxışında bildirib ki,bu tədbir bizim yaşıl gündəliyimizi nümayiş etdirir və eləcə də göstərir ki, Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. "Masdar" bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. 2023- cü ilin oktyabrında 230 meqavatlıq Günəş enerjisininm açılışını etdik deyə Prezident öz müsahibəsində məlumatm vermişdi. Prezident öz müsahibəsində bildirmişdi ki, COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedən ölkələrdən olmaq üzərimizə düşən öhdəlikdir. Prezident İlham Əliyev bildirib ki, hər yeni iş qeyri müəyyənliklərlə doludur. Lakin bu işdə bizim böyük tərəfdaşlarımız var. Bu tərəfdaşlardan "Masdar","ASWA Power" göstərmək olar. Daha sonra BP sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Azərbaycanın özünə planlaşdırdığımız qədər bərpaolunanenerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır. Bakı Enerji həfttəsində 37-dən artıq ölkə və 300-dən çox şəxs iştirak etmişdi. Prezident müsahibəsində bildirmişdi ki,bu tədbir artıq 30 ildir keçirilir. Birincisi, hələ 1994-cu ildeə təşkil olunmuşdur.Heç də hər enerji tədbiri ABŞ Prezidentinin müraciəti şərəfinə nail olmur. Bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını aldı. Sonra biz bərpaolunan enerji sahəsində işə başladıq və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji həftəsinəm çevrildi. Qısa müddət ərzində bir ölkədə hər istiqamətdə neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində uğurları görə bilərsiniz. Prezident müsahibəsində bildirmişdi ki,ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır.Azərbaycan COP zamanı və ondan sonra sədrliyimiz davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşlıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər. Məlumat üçün bildirək ki, 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Balaxanı qəsəbəsi, 

69 nömrəli tam orta məktəbin Tarix müəllimi Səfərova Rumiyyə




RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR