Son Xəbər: Umerov: Ukrayna nümayəndə heyəti Əbu-Dabiyə yola düşüb, Şəmkirdə yol qəzasında iki nəfər xəsarət alıb, Rusiya Odessaya hücum edib, 3 nəfər ölüb, Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib, Krit adası sahillərində 12 qanunsuz miqrantın meyiti aşkarlanıb, Sabah Bakıda hava yağmursuz olacaq, İlham Əliyev Kamboca Kralını təbrik edib, Hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum tətbiq olunacaq, Mehriban Əliyevadan Bayraq Günü ilə bağlı - Paylaşım, Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb,

Ultramed klinikası qanunsuz fəaliyyət göstərir

Ultramed klinikası qanunsuz fəaliyyət göstərir

Tarix: 5-07-2024, 11:32


Bakıda bir sıra qanunsuz fəaliyyət göstərən klinikalar arasında Ultramed Tibb Mərkəzinin də adı hallanır.


Mənbənin verdiyi məluymata görə bir müddət əvvəl fəaliyyətini dayandırmış Tibb Mərkəzi yeni ünvanda fəaliyyətini bərpa edib. Bundan başqa yeni ünvan üçün lisenziya alınmayıb.
Fakt odur ki, Xətai rayonu, Nəsrəddin Tusi 55 (Amal 2015 yaşayış kompleksi) ünvanında yerləşən “UltraMed” adlı klinika lisensiyasız olaraq fəaliyyət göstərir.

Xatırladaq ki, qanunvericiliyə görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olmağa görə hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Rəhbərlik ilə əlaqə saxladıq,lakin telefon nömrələri cavab vermədi. Klinikadan lisensiyanın olmaması və bir sıra suallara cavab verən olmadı.
İnternetdən əldə olunan məlumata görə klinikanın rəhbəri Ağahəsən Hüseynovdur və onun tibb ilə heç bir əlaqəsi yoxdur. Sadəcə sahibkar kimi obyekt icarələyərək Tibb Mərkəzi yaradır və Klinikaya ordan burdan, sertifikasiya imtahanını keçməyən həkimləri cəlb edir. Hazırda Səhiyyə Nazirliyi və aidiyyatı qurumlar bu kimi müəssisələrə qarşı reydlər keçirir.Ümid edirik ki,bu günlərdə Ultramedin də fəaliyyəti dayandırılacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.





RƏYLƏR


REKLAM

XƏBƏR LENTİ

POPULYAR XƏBƏRLƏR